MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS    XƏBƏRLƏR    SİZİN DƏRSLƏR    FOTO QALEREYA    ELANLAR    DƏRS GÖNDƏR    SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0001
        3D Studio Max0031
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0090
        Visual Studio0002
        Flash / Action Script0007
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0002
        Microsoft Office0004
        Microsoft Windows0014
        Digər dərslər...0012

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   www.mingecevir.biz0022 
   www.sevincsiz.com0022 
   www.birsoz.de0023 
   indesign.azersayt.com0022 
   www.birsoz.de0025 
   www.miri376.tk0032 
   www.anarsamadov.com0139 
   www.xeberler.az0128 
   www.evoglu.tk0129 
   www.faydali.az0205 
   www.pdfjurnal.com0274 
   lifeblog.sayt.ws0233 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramOfis proqramları. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramKompyüter, ofis işi. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMühafizə, menecer. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramDizayner, Elit reklam agentliyi. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıram3D proqramları üzrə mütəxəssis. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramDNS Computers şirkəti üçün satış üzrə Distrubutor axtarılır. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramOfis və dizayn (coreldraw, photoshop) proqramları üzrə. »»
 Ardı     

ÇOX OXUNAN DƏRSLƏR
3D Studio Max
Lathe funksiyasını öyrənək. »»
3D Studio Max
3DS Max proqramına ilk addım. »»
3D Studio Max
Avtomobil təkəri. »»
AutoCad
AutoCad ilə istəkan modeli. »»
Microsoft Office
Word proqramı ilə işə başlanması -2. »»
Digər dərslər...
Kompüter texnologiyalarının fiziki əsasları. »»
Microsoft Windows
"Setup" hazırlama qaydası. »»
3D Studio Max
Multi/Sub-Object-i incələyək. »»
Microsoft Windows
Windows sirləri 2. »»
Microsoft Windows
Windows Terminləri »»

İstifadəçi: 0000226
Aktiv istifadəçi: 0000000
Dərslik: 0000184
Sual: 0000034
Şəkil: 0000105
Xəbər: 0000136

NETTY 2010 mükafatına start verilib



NETTY Azərbaycan Milli İnternet mükafatının Təşkilat komitəsi NETTY 2010-un başlanması haqqında elan edib. Cari ildə bundan əvvəl olduğu kimi müsabiqə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az-ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elan ediləcək.

Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Cəmi cari ildə komitə tərəfindən 12 müsabiqə və 4 həvəsləndirici nominasiyalar təsis edilib. Hər nominasiyadan üç namizəd müəyyən edilir.

Cari ildə müsabiqədə yeni əsas nominasiya yaranıb “Elektron Kommersiya sahəsində ən yaxşı layihə”. Tərəfdaşı Golden Pay ödəniş sistemi olan yeni nominasiyanın təsis edilməsi Azərbaycanın internet məkanında elektron kommersiyanın təşviqi və bu sahədə əldə olunan uğurların nümayiş etdirilməsidir.

Mayın 8-i virtual jürinin seçimi əsasında ölkənin informasiya texnologiyaları sahəsinin tanınmış şəxslərindən ibarət NETTY Akademiyasının səsverməsi başlayacaq. Namizədlərin ümumi sayından hər nominasiya üzrə bir qalibi seçməklə Akademiya qapalı səsvermə ilə NETTY 2010-nun finalçılarını müəyyən edəcək. Eyni zamanda Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə qaliblərin də seçiləcəyi nəzərdə tutulur. 17 may tarixində təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə cari ildə “Gənclərlə bağlı ən yaxşı sayt” həvəsləndirici mükafatı yaradılıb. Əlavə nominasiyaların siyahısında “Ən faydalı sayt” nominasiyası da mövcuddur.

Final mərasimində “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri mükafatları təqdim ediləcək. Fəxri mükafatlar üzrə namizədlər öz namizədlərini özləri www.netty.az sayt vasitəsi ilə, yaxud təşkilat komitəsi və ya akademiya ilə irəli sürülə bilərlər.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Rüfət Gülməmmədov nazirliyin ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı məqsədini daşıyan tədbirlərin dəstəklənməsi istiqamətində həyata keçirdiyi strategiya barədə danışıb.

NETTY 2010 çərçivəsində daha çox Azərbaycan dilində fəaliyyət göstərən resursların olacağına ümid etdiyini bildirən R. Gülməmmədov milli kontentin inkişafı və daim artmasının vacibliyini qeyd edib. Təşkilat komitəsinin nümayəndələri Azərbaycanın internet məkanının bütün iştirakçılarını NETTY 2010-da fəal iştirak etməyə çağırıb.

NETTY yarandığı andan bu günə kimi müsabiqədə təqribi 2000 milli resurs iştirak edib. Müsabiqə namizədlərinin sayı 250 saytdan çox olub, www.netty.az satının ziyarətçilərinin sayı yüz minlərlə olub. Bir çox saytlar məhz NETTY müsabiqəsi çərçivəsində özlərini tanıtdıra bilib.


Mənbə: http://www.mincom.gov.az


  Çap et        Şərh yaz Hit:  0121        Şərh:  0000   



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!