|
ELANLAR
|
 | İşçi tələb olunur. »» |
 | Ofis proqramları. »» |
 | Kompyüter, ofis işi. »» |
 | Mühafizə, menecer. »» |
 | Dizayner, Elit reklam agentliyi. »» |
 | 3D proqramları üzrə mütəxəssis. »» |
 | DNS Computers şirkəti üçün satış üzrə Distrubutor axtarılır. »» |
 | Ofis və dizayn (coreldraw, photoshop) proqramları üzrə. »» |
|
Ardı
|
|
ÇOX OXUNAN DƏRSLƏR
|
|
|
|
|
İstifadəçi:
|
0000225
|
Aktiv istifadəçi:
|
0000000
|
Dərslik:
|
0000184
|
Sual:
|
0000034
|
Şəkil:
|
0000105
|
Xəbər:
|
0000136
|
|
Apple rekord gəlirlər nümayiş etdirir
Apple şirkəti 26 dekabr 2009-cu il tarixində bitmiş 2010-cu maliyyə ilinin birinci rübü ərzində 3,38 milyard ABŞ dolları məbləğində təmiz mənfəət əldə edə bilib. Bu isə bir il bundan qabaq əldə olunan göstəricidən düz 50% çoxdur.
Şirkətin mədaxili də 15,68 milyard dollar rekord göstəriciyədək yüksəlib. Bir il bundan əvvəl isə Apple-in mədaxili 11,88 milyard dollar olmuşdur. 2010-cu maliyyə ilinin birinci rübündə şirkətin bir səhmi üzrə təmiz mənfəət 2,67 dollar təşkil edib (ötən il 2,50 dollar).
Apple üçün ən məhsuldar Milad bayramı qabağı mövsüm olub. Belə ki, bayram ərəfəsində şirkətin satdığı Apple iPhone telefonlarının sayı 2008-ci ilin həmin dövrü ilə müqayisədə iki dəfə çoxalaraq dünya üzrə 8,7 milyon ədəd olub.
Həmçinin Mac kompüterlərinin də satış həcmi 33% yüksəlib. Bununla yanaşı iPod rəqəmli pleyerlərini alan istifadəçilərin sayı azalıb. Bu qurğuların satış həcmi 8% enib.
Mənbə: http://www.mincom.gov.az
|