Visual Studio ilkin başlayanların orta səviyyədə kompyüter biliyinin olması və ofis proqramlarını bilməsi vacibdir. Bu dərsi bunları bilmiş kimi qəbul edərək başa salacam. Əgər kompyüterə yeni başlayıb birbaşa Visual Studio öyrənməyi düşünürsünüzsə ilk növbədə digər bilik səviyyənizi artırmağı məsləhət görərdim.

Visual Studio müasir veb proqramlaşdırma proqramları içərisində kifayət qədər səviyyəli proqram hesab olunur. Proqram nəinki veb proqramlaşdırma eyni zamanda Windows Application, Mobil Application yazmaq üçündə nəzərdə tutulmuşdur. Proqramın ilkin üzünü ilk şəklimizdə görürsünüz. Olduqca sadə pəncərələrə malik görünüşə malikdir. Menyu sətri, Alətlər paneli, Toolbox və Properties panelləri ilkin açıldıqda sizin üçün ən önəmli bölümlər kimi istifadə edilir. Proqramın əsas xüsusiyyətlərindən biridə Microsoft Ofis proqramlarındakı kimi proqramın bütün vizual görünüşünü özünüz istədiyiniz kimi düzəliş etməyinizə imkan yaratmağıdır. İstədiyiniz düyməni silmək, yerini dəyişmək, ikonunu dəyişmək və hətta proqramda bütün istifadə edilən meyu sətrini tərcümə etmək kimi imkanınız vardır.
Propertie paneli də digər bir çox proqramlarda olduğu kimi avto təyinata malik sistemdədir. Yəni hər hansı elementi seçdikdə ona məxsus bütün özəlliklər dərhəal properties panelində öz əksini tapır.
Proqram panelərinə keçməzdən əvvəl bəzi ilk bilməyinizi lazım bildiyim məlumatları xatırladım:
Proqrama başlamaq istəyən istifadəçilər əsasən mənə sıx-sıx bu sualı verirlər. "Asp.net nədir, C# nədir, mən hansını öyrənməliyəm ".
Bu sualda çaşbaş qalmağınız normaldır. Buna qısa açıqmala gətirim:
Asp.net Microsoft tərəfindən sıfırdan yaradılmış texnalogiyadır. Yəni asp.net bilmək üçün, asp.net-dən istifadə etmək üçün hansısa bir dil öyrənməlisiniz. Standart 2 dil bizə təklif olunur. VB və C#. Mənim məsləhət gördüyüm C# dilidir. Bu dillərdən hər hansı birini öyrənməklə yanaşı, dili asp.net texnalogiyası ilə birlikdə istifadəni də öyrənməyiniz vacibdir. Əlbətdə bunun üçün sadəcə kitab oxumaqla kifayətlənməməli, Visual Studio içərisində bu sistemi istifadə etməlisiniz. Artıq bundan sonra istər veb proqramlaşdırma, istərdə Windows proqramlaşdırma yazdıqda eyni dildən istifadə etməli olacaqsınız. Sadəcə bundan sonrası sizin qarşınıza qoyduğunuz yola uyğun şəkildə davam etməyinizdən asılıdır. Bunu şofirlik və maşın kimi də müqayisə etmək olar. Yəni maşını sürmək üçün şofirliyi öyrənməlisiniz. Asp.net burda maşın, C# isə şofirlik kursu kimi götürə bilərik. :)

Visual Studio da ilk bölümdə də qeyd etdiyim kimi həm veb həm də offline application-lər yaratmağınız mümkündür. Bunu üçün menyu da New Web page və ya New Projects düymələrinsən istifadə edilməlidir. New Projects ilə üst hissədəki pəncərə ilə qarşılaşacaqsınız. Mən burda 2008-ci versiyanın pəncərəsini əks etdirmişəm. Ola bilsin sizdə 2005 olduqda fərqlər görməyiniz mümündür. V.S içərisində standart 2 dil ilə proqram yazmaq tələb olunur. VB.net və C# dili ilə. Bunlardan istədiyinizi seçərək əməliyyata başlaya bilərsiniz. Üst sağ hissədən isə proqramı hansı Framework versiyası ilə yazacağınızı təyin edirsiniz.

Bu pəncərə də isə Visual Studio ilə Web Project yaratmağınız üçün lazımı ilkin yaradılmalı paramterləri görürsünüz. Asp.net Web Site seçərək təyin olunmuş hədəfi göstərirsiniz. Yenə üst hissədə ki, kimi proqramı hansı dildə yazacağınızı təyin edirsiniz.

Visual Studio içərisində əsas istifadə edilənlərdən biridə yeni elementin əlavə edilməsi prosesidir. Bunu üçün:

seçməyiniz kifayətdir. Açılan pəncərədə təyin edilmiş qovluğa uyğun əlavə edilə biləcək bütün elementlərin siyahısını görməyiniz mümkündür.
Bu qədər. Dərslə əlaqəli suallarınızı birbaşa şərh edə bilərsiniz.