|
Kompüterin Əsas qurğuları
- Sistem bloku- Burada Kompüterin daimi və xarici yaddaş diskləri
yerləşir (yəni kompüterin beyni)
- Monitor- İnformasiyanı Sistem blokundan götürərək açıq şəkildə
emal edir
- Klaviatura- Mətinlərin çap edilməsi və komandaların daxil edilməsi
- Mouse (Mişka)-Klaviaturanın köməkçi qurğusu
Əlavə qurğular
- Printer-Görülmüş işi kağız üzərində çap edir
- Scainer-Şəkillərin kompüterə köçrülməsi
- Kolonkalar-Səs qurğuları
V.S
Kompüterin ekranında daimi və silinməsi qadağan olan işarələr aşağıdakılardır
- My Documents- Yaddaşa verilmiş sənədlər adətən burada yerləşir
- My Computer- Sistem blokunun daxilindəki, diskləri və disketi buradan
aça bilərik
- Recycle Bin - Kompüterdə müvəqqəti silinmiş sənədlər burada yerləşir.
- İnternet Explorer -. Müxtəlif informasiyaların digər sahələrə göndərilməsi
və qəbul edilməsi (əlaqə)
Ekranın xüsusiyyətləri
Bunun üçün ekranın boş sahəsində mişkanın sağ düyməsini sıxıb Properties
əmrini seçdikdə aşağıdakılar açılır

- Themes- Seçilmiş görünüşü burada yaddaşa verə bilər və ya bütün
görünüşü dəyişdirə bilərik. (stilər, rənglər, text öıçüləri v.s)
- Desktop- Ekranın şəklini və rəngini dəyişir. Burada Browse
əmri vasitəsi ilə ekrana əlavə şəkillər gətirə bilərik
- Screen Saver- Kompüterlə müvəqqəti işləmədikdə ekrana fasilə qoyur.
Burada aşağıdakı Screen Saver sahəsində fasilə vaxtı çıxan obyekti seçə bilərik.
Fasilə vaxtına ad yazmaq üçün həmin sahədə 3D Text seçirik və
settings düyməsini sıxırıq açılan pəncərənin Custom Text
sətrində istədiyimiz adı yazıb ok düyməsini sıxırıq. Burada Preview
əmri vasitəsi ilə fasiləni bir başa yarada bilərik.
Wait -sətrində fasiləyə getmə vaxtını dəyişdirə bilərik.
- Appearance- Pəncərə və panellərin rəngini yazıların ölçülərini
v.s kimi bir çox stil effektlərini dəyişdirir.
- Settings-Ekranın böyüklüyü azaldır və ya artırır. Monitorunuza
uyğun olmayan (daha yuxarı) həcmi seçmək olmaz. ƏKs təqdirdə istəmədiyiniz ekran
görünüşü ilə qarşılaşa bilərsiniz.
Tapşırıqlar panelinin xüsusiyyətləri
Bunun üçün panelin üzərində mişkanın sağ düyməsini sıxıb Properties
əmrini seçdikdə aşağıdakılar açılır:
- Taskbar- Bu sahədə işarələri aktiv və passiv etməklə işarəyə uyğun
paneli (saat və digər işarələr) yox edib və ya geri gətirə bilərik. Həmçinin paneli
müvəqqəti gizlədə bilərik
- Start Menu- Bu sahədə tapşırıqlar panelinin sol tərəfində yerləşən
start menyusunun görnüşünü dəyişə bilərik.
Yeni papka və yeni sənədin yaradılması
- Yeni papka yaratmaq uçün ekranın boş sahəsində mişkanın sağ düyməsini sıxıb
New > Folder əmrini seçirik və klaviaturadan papkaya istədiyimiz adı yazıb
kənarda sol və yaxud enter düyməsini sıxırıq.
- Yeni sənəd yaratmaq üçün sağ düyməni sıxıb New > Dokument Microsoft Word
və digərlərini seçə bilərik. Nümunə üçün biz yeni Word səhifəsi yaratdıq.
Qeyd 1. Obyektlərin adını dəyişmək üçün onun üzərində mişkanın
sağ düyməsini sıxıb Rename əmrini seçirik.
Qeyd 2. Obyekti silmək üçün iki qayda var
- Obyektin üzərində mişkanın sağ düyməsini sıxıb və Delete əmrini
seçirik, sonra açılan paneldə Yes əmrini seçirik.
- Obyekti seçib klaviaturadan Delete düyməsini sıxırıq
Yuxarıda yazdığımız hər iki halda obyekt tamamilə silinmir Recycle Bin
(Zibil qutusu) düşür. Buradan hər hansı bir obyekti qaytarmaq üçün, həmin qutunu
açıb qaytaracağımız obyektin üzərində mişkanın sağ düyməsini sıxıb Restore
əmrini seçirik yaxud sol düymə ilə sürüşdürüb ekrana atırıq.
Qeyd 3. Obyekti tamamilə silmək üçün onu seçib klaviaturadan
Shift+Delete düymələrini birgə sıxıb və açılan paneldə Yes
əmrini seçirik
Windowsun baş menyusu (Start)
Burada açılan əmrlər aşağıdakılardır
- Shut Down-Kompüterin söndürülməsi
- Run- Kompüter daxilində olan proqramların və disklərin adını burada
yazmaqla bir başa aça bilərik.
- Help and support- Kompüter haqqında kömək üçün bütün məlumatları
buradan ala bilərik
- Search-For files or folders- Kompüter daxilində sənədlərin, papkaların,
musiqilərin və şəkillərin axtarılıb tapılması
- Settings-Control Panel- Bütün kompüter qurğularının parametrlərinin
düzəldilməsi.
- Documents- Kompüterdə yaddaşa verilmiş axrıncı 15 sənədin siyahısı
burada yerləşir
- Programs- Bütün proqramları buradan aça bilərik
Windows əməliyyat sisteminin tərkibində aşağıdakı proqramlar yerləşir
- Paint
- Notepad
- Wordpad
V.S
Bu proqramlar əməliyyat sistemi ilə birgə gəlir, digər əlavə proqramları özünüz
yükləməlisiniz.
|