|
Asp-də bir çox tarix funksiyaları mövcuddur. Tarixi istədiyiniz bölməsini almaq,
tarixi irəli geri çəkmək kimi. İndi bu əmrlər haqqında qısa nümunələr və nümunələr
haqqında qısa məlumatları oxuyaq.
<%
Response.Write now() ' Bütün tarix ve saat'ı verir. Nümunə 02.02.2002 02:02:02
Response.Write time() ' Bu sadəcə saat'ı verir. Nümunə 02:02:02
Response.Write date() ' Bu bizə sadəcə tarixi verir.Nümunə 02.02.2002
Response.Write day(now) ' Bu bizə olduğumuz günü verir. Nümunə: 02
Response.Write month(now) ' Bu bizə içində olduğumuz ayın sırasını verir. Nümunə:
02
Response.Write year(now) ' Bu bizə hazırkı ili verir. Nümunə: 2002
Response.Write hour(now) ' Bu funksiya bizə hazırkı saatı verir: Nümunə: 02
Response.Write minute(now) ' Bu funksiya bizə hazırkı dəqiqəni verir. .Nümunə
02
Response.Write second(now) ' Bu funksiya bizə hazırkı saniyəni verir. Nəticə:
02
%>
Yuxarıda ekrana verə biləcəyimiz və ya kodlar arasında istifadə edə biləcəyimiz
əmrləri öyrəndik. İndi bu əmrlərdən başqa digər tarix funksiyaları haqda:
<% Response.Write DateAdd("h",+ 6, now()) %>
Bu əmr nəticə olaraq bizə hazırkı zamandan 6 saat sonranı verir. Yəni saatı 6 saat
irəli çəkir.
Yəni hazırda saat: <%=Time()%> isə bu əməliyyat sonrası: <%=DateAdd("h",+
6, Time())%> olaraq tarix əldə etmiş olacayıq.
Əgər bunun əksi olaraq geriyə çəkmək istəyirsinizə bu zaman da aşağıdakı kodu yazmalısınız.
<% Response.Write DateAdd("h", -6, now()) %>
Bu isə bizə 6 saat əvvəli verir.
Bura da istifadə etdiyimiz "h" mənası hour (saat) deməkdir. İstəsək saatı
6 saat irəli yox, 6 dəqiqə və ya 6 il v.s irəli çəkə bilərik. Qısa yazılışları aşağıdakı
kimidir:
"h" = hour(saat)
"n" = minute(dəqiqə)
"s" = second(saniyə)
"d" = day(gün)
"y" = year(il)
"m" = month(ay)
"w" = week(həftə)
DateAdd əmrindən başqa DateDiff əmri də vardır ki, buda bizə iki
tarix arasındakı saat, dəqiqə, saniyə, il kimi fərqləri verməkdədir. İstifadəsi
bu şəkildədir:
Məsələn: 05.01.2005 ilə 07.01.2005 arasında neçə gün olduğunu müəyyənləşdirək.
<% Response.Write DateDiff("d","05.01.2005","06.01.2005")
%> Bu kod nəticəsində iki tarix arasındakı gün (day) fərqini verəcəkdir. Bur
da "h" yerinə yenə əvvəl qeyd etdiyimiz kimi istədiyiniz saat funksiyarını
yaza bilərsiniz.
DateDiff -dən sonra bir əmr qalır ki, bunu da qısa şəkildə yazaq:
Cdate() əmri müəyyən bir funksiyanı tarixə çevirmək də kömək edir.
Cdate (Convert Date) olaraq hərfi tərcümə olunur. Azəri dilində
isə "tarixi çevir" kimi tərcümə etmək olar.
<% Response.Write cdate("01,01,2001") %>
Bunun nəticəsində ekranada 01.01.2001 olaraq göstəriləcəkdir.
ASP -də tarix funksiyaları bu qədərdir.
|