Ardından səhifənizi hazırlayın və səhifənin orta hissələrinə hər hans bi şəkili
File > İmport ederək yerləşdirin. Sadə bir səhifə hazırladıqdan
sonra indi saytın yüklənməsini təmin edən bir səhnə yaradaq. Bunun üçün menyudan
Window > Other > Scene əmri ilə səhnələr pəncərəsini ekrana gətirin.
Bu pəncərə də bir ədəd səhnə mövcuddur. İndi yeni bir səhnə əlavə edərək yeni əlavə
edilmiş səhnəni yuxarıya sürüşdürün. Sonra birinci səhnənin adını "
load"
digərinin adını isə "
index" olaraq dəyişdirin. Dəyişdirdikdən sonra
ilk load səhnəsini seçin. Bu səhnə yeni yaradılmış səhnə olmalıdır, yəni içərisi
tamamilə boş olmalıdır. İndi səhnədə 2 layer yaradın. İlk layeri seçin və Action
Script (F9) olaraq:
ifFrameLoaded ("index",1){
gotoAndStop("index",1);
}
kodlarını daxil edin. Sonra üst layerdə yeni bir freym yaradın və ikinci freymə
də
gotoAndPlay(1);
əmrlərini yazın. Bundan sonra digər layeri seçin və səhnəyə istədiyiniz bir effectlər
"Yüklənir ... " text yerləşdirin. Artıq səhifə açıldığında bütün flash yüklənənədək
bu freymdə gözləniləcək. Sonra digər ikinci səhnəyə gedərək (index) onun da ilk
freyminə mütləq stop(); əmrlərini daxil etməlisiniz. Burda diqqət edəcəyiniz bir
nöqtə var ki, buda aşağıdakı freym əmrindəki səhifənin hara kimi yüklənməsidir.
Aşağıdakı əmrdə fikir verərsəniz bir əmr verdik ki, əgər index səhifəsinin ilk 1-ci
freymi yüklənərsə onda index səhifənin ilk birinci freyminə get. Əgər index səhifəsin
də freymlər daha da çox olarsa bu zaman ifreym dəki əmrdə ən axırıncı freymin nömrəsini
bura yazmalısınız. Yüklədikdən sonra hara gedəcəyini də özünüz müəyyənləşdirin.
