|
ELANLAR
|
 | Qrafik dizayner »» |
 | Neft şirkətində işləmək istiyirəm. »» |
 | Asp.Net, Delphi, HTML, Web Dizayner »» |
 | İşci teleb olunur »» |
 | İngilis dili hazırlığı. »» |
 | İşçi tələb olunur. »» |
 | Ofis proqramları. »» |
 | Kompyüter, ofis işi. »» |
|
Ardı
|
İstifadəçi:
|
0000415
|
Video dərs:
|
0000042
|
Şəkilli dərs:
|
0000193
|
Sual:
|
0000061
|
Şəkil:
|
0000239
|
Xəbər:
|
0000430
|
|
|
Digər dərslər...
DreamWeaver proqramı internet səhifələrinin hazırlanmasında professional bir proqramdır. Proqramın əsas panelləri və bəzi incəliklərini öyrənək.
Tarix:
21.06.2009
Oxunub:
1751
Müəllif:
Emin Novruzov
Paylaş
|
Çap et
Şərh yaz
|
|
Dreamweaver proqramı ilə işə başlanması.
|
|
Bu dərsimizdə Dreamweaver
proqramına ilk anlayışı öyrənəcəyik. Dreamweaver proqramı hal-hazırdakı ən çox istifadə
edilən web-dizayn proqramıdır ki, bundan başqa Namo, Frontpage v.s. kimi bənzəri
proqramlarda mövcuddur. Proqramı öyrənmək o qədərdə çətin olmasada bəzi incəliklərini
öyrənmək sizi yora bilər., Bunlarıda öyrənmək üçün günlərlə işləməlisiniz. Dreamweaver
proqramını bilməklə siz saytların dizayn formalarını hazırlaya biləcəksiniz. Digər
qrafiki işlər, şablonlar, şəkillər v.s kimi əməliyyatları həyata keçirmək üçün mütləq
hərhansı qrafik proqramınıda bilməlisiniz. Bu proqramlardan da ən çox istifadə edilən
photoShop proqramını sizə məsləhət görə bilərəm. Hansı ki, bu proqrama dair saytımızda
bir çox dərs mövcuddur. Bundan başqada səhifələrin proqramlaşdırılması və yüksək
səviyyəyə hazırlanması üçün veb-proqramlaşdırma dillərindən birini bilməlisiniz.
Buna Asp və Php göstərmək olar. Dərsimiz də qeyd etdiyim kimi sadəcə proqramın giriş
hissəini başa salmışam. Kodlaşdırma, layihələndirmə işlərinə dair digər (asp, htm,
javascript v.s kimi) dillərdən istifadə etməlisiniz.
- İlk olaraq proqramın əsas üz hissəni tanıyaq. Şəkildə də gördüyünüz
kimi bir çox proqram kimi Dreamweaver
proqramıda əsas 4 hissədən ibarətdir. Menyu sətri, alətlər
paneli, dəyişikliklər paneli və dizayn ekranı. Burda
ən çox istifadə edəcəyiniz panel dəyişikliklər (properties) panelidir. Bu panel
seçilmiş hər hansı objektə (şəkil, yazı, cədvəl v.s) görə dəyişir və həmin objektə
münasib parametrlər göstərir.
|
|

|
|
- Əgər MS Word proqramını ilə bir az tanışlığınız varsa proqramın
bir çox bölməsi sizi sizə tanış gələcəkdir. Yazı dəyişiklikləri, şəkil dəyişiklikləri
v.s kimi bir çox əməliyyat digər bir çox proqramdakı kimi eyni əməliyyatlar nəticəsində
həyata keçirilir. Səhifənin ən üst hissəsindəki title yazan bölmə
səhifənin başlığını daxil edirik. Dizayn ekranında səhifənin dizayn əməliyyatlarını
həyata keçiririk. Ekranın üst hissəsində Code bölməsi var ki, hansıkı bu bölmədə
hazırladığınız səhifənin html kodlarını aça bilərsiniz.
|
|

|
Proqram da hər hansı paneli görməzsəniz bunu Window
menyusundan çağıra bilərsiniz. Bütün pəncərələr və panellər Window menyusundan
aktiv - passiv edilir.
|
|
|
|
Digər qarşılaşdığımız problemlərdən əsasıda latın hərflərindən istifadə etməkdir.
Bunu Edit – Preferences (kısa yol Ctrl + U) bölməsindən həyata
keçirə bilərsiniz. Preferences bölməsində nəyinki font əməliyyatları,
bir çox dəyişiklikləri ordan həyata keçirmək mümkündür.


|
|
Bu problemləridə həll etdikdən sonra sıra gəldi sadə bir web-səhifədə əsas lazım
olan əməliyyatlara. Bu iş üçün ilk olaraq səhifəmizin baş yazılarını müəyyən etməliyik.
Məsələn "Xoş gəlmisiniz" ola bilər. Yazını yazdıqdan sonra dəyişikliklər panelindən
yazının fontunu, rəngini, böyüklüyünü və bir çox prosedurlarını dəyişdirə bilərsiniz.
Dəyişiklik etməmişdən əvvəl yazını seçməyi unutmayın.

|

|
Səhifənizin arxa fon rəngini dəyişdirmək üçün isə şəkildə göstərilən
yerə gedirik. Standart rəng ağdır. Bunun üçün
səhifənin dəyişiklikləri bölməsində getməliyik. Dəyişikliklər bölməsinə getmək üçün
səhifənin hər hansı hissəsində sağ düymə ilə Page Properties
seçmək, ya menyudan Modify > Page Properties yada ki, qısa yol
olaraq Ctrl+J düymələrini sıxmaq lazımdır. Açılan pəncərədə fon
rəngi dəyişdirməklə yanaşı bir çox əməliyyatı edə bilərsiniz. Saytda istifadə olunan
link rəngləri, text rənglərini dəyişdirmək kimi. Fon rəngini dəyişdirərək
pəncərədən OK basın.
|
Səhifədə şəkil yerləşdirmək üçün bir çox yol mövcudddur. Ən rahat
yolu aşağlda qeyd etmişəm. Sayta hər hansı kənar objekt daxil etməzdən əvvəl mütləq
səhifəni saxlamalısınız. Səhifədə çağıracağınız şəkil isə saxladığınız qovluqla
bir yerdə olmalıdır. Əks təqdirdə internetdə şəkili görmə imkanınız olmayacaqdır.
|
|

|
Ekrana şəkili gətirmək üçün ilk olaraq
alətlər
panelindən yandakı
kimi İnsert İmages sıxırıq.
Aşağıdakı kimi bir pəncərə açılacaqdır. Pəncərənin köməklyilə
sərt diskinizdən istədiyiniz bir şəkil formatını seçərək Select
sıxın.
|

Şəkli daxil etdikdən sonra mausun köməkliyi ilə şəklin üzərində
bir dəfə sıxaraq onu seçib və Properties (dəyişikliklər) panelindən
ona məxsus olan parametrləri dəyişdirə bilərsiniz.
Burada:
Border - şəklin kənar xətti,
Alt – şəklin üzərində 1 saniyə durduqda çıxacaq açıqlama,
Link- bölməsindən isə şəklin üzərində sıxdıqda yönlənəcək adresi.

|
|
|
Paylaş
|
|