|
Yeni bir HardDisk aldınız və partition olmadan formatlaya bilməyəcəyiniz
üçün istifadə edə bilmirsiniz? Köhnə partitionini dəyişdirmək istəyirsiniz? Tək
partitionuzu bölərək bir neçə yerə ayırmaq istəyirsiniz? Yada bölünmüş partitionları
birləşdirərək tək bir partition kimi istifadə etmək istəyirsiniz?
Bu dərsimizdə sadaladığım sualların cavablarını tapa biəcəksiniz.
- İlk də edəcəyiniz yeni bir AÇIŞ disketi hazırlamaqdır. Bu AÇIŞ disketində mütləq
olaraq FDİSK.EXE, FORMAT.COM, SYS.COM proqramlarını kopyalamalıyıq. Əgər HARDDİSK-inizdə
saxlamaq istədiyiniz materiallar varsa onları bölmədən əvvəl mütləq onları hər hansı
bir informasiya daşıyıcısında saxlamalısınız.Çünki bölünmə ediləcək HDD-də ki, bütün
informasiyalar silinəcəkdir. HDD-dəki informasiyaları saxlayaraq bölməyi bacaran
bəzi proqramlar varki, bunlara PowerQuest Drive Image, Partitation Magic v.s göstərmək
olar. Ancaq HDD yeni aldınızsa və ya hdd də əməliyyat sistemi qurulu olmadıqda təbii
ki, bu hazır proqramlardan istifadə etməyiniz mümkün olmayacaqdır. Hazır proqram
vastəsilə yox, əməliyyat sistemi ilə birlikdə gələn FDisk ilə bölmə əməliyyatını
öyrənəcəksiniz.
Partition Silinməsi
1 - Açılış disketimiz ilə sistemimizi (açılış disketi dedikdə yəni Dos rejimi
ilə sistemin istifadəsini yerinə yetirən disket nəzərdə tutulur.Hər hansı işləyən
əməliyyat sistemindən istifadə edərək boş disketimizi açılış disketinə çevirə bilərik.
Açılış disketinin içində isə mütləq FDISK.EXE, FORMAT.COM, SYS.COM proqramları olmalıdır.
) açıb FDİSK yazıb ENTER verərsək FDİSK açılmış olur. İlk ekranı enter ilə keçin.
2 - Əgər kompüterdə 2 ədəd HARDDİSK var isə soldakı kimi 5 seçimli, tək harddisk
varsa 4 seçimli (5 seçimli olmacaq). Ana ekran qarşımıza çıxacaq . Beşinci seçin
istifadə ediləcək HARDDİSKİ seçmək üçündür. Tək HARDDİSK varsa 5 seçimin olmadığını
təsəvür edin. 3 yazıb enter basın.
3 -Gələn ekrandada 3 yazıb enter basın.
Əgər DİS olmayan (NTFS kimi) bir partition varsa 4 yazın enter basın.
4 - Gələn ekranda 2.3.vb. bölümləri görəcəksiniz. Üçə bölünmüş bir harddisktə
E: F: yerinə, (bizim HDD ikinci olaraq bağlı olduğundan bu şəkildə görünür) D: E:
görünəcəkdir. Yəni diskin hərfi adı dəyişəcəkdir. Yəni normal sistemdə istifadə
etdiyiniz D: diski burda E: vəya başqa ola bilər. Sırası ilə E- HDD in etiketini
(E hərfi Labeli nə isə onu yazacaqsınız)- Y yazın enterləyin. Y burdyes (bəli) mənasını
verir.
5 -Bu səfərdə D- HDD in etiketini (D harfli HDDin Labei nə isə onu yazacaqsınız)
- Y yazın enter basın.
6 - Göründüyü kimi uzadılmış bölümləri sildik.
7 - ESC ilə geri gəlirik. .
8 - Ana ekranda bu səfər 2 yazın enter basın.
9 - Bu ekranda ikən də Y seçili ikən enterə basaraq uzatılmış ikinci partitionu
tamamilə qaldırırıq. Ehtiyyatımızı birinci partitiona almışsanız və ya C-yi silməyib
də sildiyimiz bölümləri tək parça edəcək isək bir öncəki səhifədə yazdığım 11 hissədən
davam edirik.
10 - Birinci bölümü də qaldırıb tək bir partition yaratacaq isək vəya bölümləmənin
MBlarını dəyişdirəcək isək ana ekranda 3 -cü seçim ilə yandakı ekrana gəlirik və
buranı da 1 seçili ikən enter ilə keçirik.
11 - Volume Label (HardDiskimizin etiketini) yazar və Y ilə enterlərik.
12 - Bəli bütün bölümləri qardırdıq.
Artıq istədiyimiz kimi tək bir partition yarada bilər və ya yeni bölümləmələrə ayıra
bilərik.
Harddisktə Partitation Yaradılması və Bölünməsi
1 - Yeni harddikimizi komputerimizə normal şəkildə yerləşdirdikdən sonra
AÇIŞ disketimizin ilə A sürücümüzsən açırıq. FDİSK yazıb enter basırıq. Yandakı
ekran qarşımıza gələcəkdir. HardDiskimiz 512 MB böyük yeni markalı HDDlərsən isə
Y yazıb enter basırıq.
2 - Əgər kopmuterinizdə 2 ədəd harddisk var isə soldakı kimi 5 seçimli, tək
harddisk var isə 4 seçimli (5 seçim olmayacaq) bir ekran qarşınıza çıxacaq. Beşinci
seçim əməliyyatı aparacağımız harddiski seçmək üçündür.

3 - Yuxarıdakı pəncərədə 5-ci bölməni seçərsəniz yandakı pəncərə qarşınıza
gələcək və istəsəniz 2. harddiski seçib, o harddisk üstündə əməliyyat apara bilərsiniz.
- Bizim məsləhətimiz iki harddisk yox, tək harddiski komputerə yerləşdirərək əməliyyatı
aparmağınızdır. Ən sadə səfinizin nəticəsində harddiskinizin içindəki informasiyaları
silə vəya hardiskinizin bir hissəsini itirə bilərsiniz ki, buda məsələn 40 GB harddisk
sizin işinizin sonunda 30-32 göstərə bilər.

4 - 2. bölmənin ana ekranından 1 . seçimə daxil olaraq aşağıdakı ekranı açın.

5 - Yuxarıdakı ekrandan da1. seçimi seçdikdə yandakı ekranla qarşılaşarıq
bə bizə harddiskmizin tamamını tək partition olaraq yaradıb yaratmayacağımızı sorunçar.

6 - Y ilə enter basaraq yandakı görüldüyü kimi harddiskimizin tamamı tək
partition olaraq yaradırıq. Əgər bölmələr edəcəksəniz bu zaman N yazın enter basılmalıdır.

7 - ESC ilə 2 -ci ekrana geri dönürük bə buradan da 4 seçimi seçirik yandakı
kimi 100%-ın tək partition olaraq yaratdığımızı kontrol edirik. ( Biz yoxlamaq üçün
420 MB hardddisk istifadəetdik, burada yazan rəqəm sizin harddiskinizin həcmini
göstərəcəkdir.)

8 - Bölmələmə etmək üçün 6. ekranda N demiş isək doldakı harddikimizin həcminin
tamamının yazılı olduğu ekran gələcək qarşımıza.

9 - Burada bizə birinci partition neçə MB olsu deyərək sual verməkdədir.
Meqabayt cinsindən vəya (%) faiz cinsindən müəyyənləşdirə bilərik. Biz 70 %-nin
birinci olaraq seçtik.

10 - 420 MB lıq HDD-mizin %70 ni (285 MB) birinci partition olaraq müəyyənləşdirdik.
Dİqqət edərsək D: 1 olaraq görsənməkdədir. Tək harddisk bağlı olsa idi C: 1 olaraq
görsənəcək idi.

11 - Bəli bura qədər birinci partitionu yaratmış olduq.
ESC ilə geri qayıdıb yandakı ekranda bu səfər 2. seçimi edib enter basın.

12 - Diqqət edərsəniz geriyə qalan %30 -in (420 MB lıq HDD-mizin 122 MB)
ikinci partition olaraq yarada biləcəyimiz ekran gəlir. Enter ilə seçərək ikinci
partitionu yaradrıq.

13 - Başqa bölümləmə etməyəcəkisək bu ekranı da enter ilə keçirik. Amma daha
da bölümlədə etmək istəsək bu zamam əvvəldən dəyərləri 3 yerə bölməli idiniz ki,
3-cü harddiskimizədə bir şey qalsın yer olaraq.

14 - Biz enter ilə keçdik və görsəndiyi kimi geri qalan həcmidə ikinci partition
olaraq yaratdıq. Komputerimizdə tək HDD takılı olsa idi E: yeni D: görünəkcəkdi.

15 - ESC ilə yenə ən esttə 2.nömrəli ana ekrana qayıdırıq. İndi bu ekranda
2 yazıb enter basırıq və yandakı ekrana gəlirik. Bu ekranda bizə hansı partitionun
aktif olması sual edilir.

16 - Məcburi 1 yazaraq enter basırıq. C:dən açılmasını seçmiş oluruq. Bizə
onsuzda digərlərini seçməyə icazə verməz ( Axı nə üçün sual edilir ki... ??? ) Ana
ekrandan 4 ilə informationu seçdikdə yandakı kimi C: 1 -in yanında A hərfinin (Active)
olduğunu görəcəksiniz.

Bəli harddiskimizin partitionun yaradılması və bölünməsi dərsinin sonuna gəldik.
Ən son olaraq kopmuterinizi yenidən disket ilə açacaq :
FORMAT C:/S
FORMAT D:
FORMAT E:
əmrləri ilə formatlamağımız lazım gəlir. Formatlama əməliyyatınıda sonlandırdıqdan
sonra artıq əməliyyat sisteminizi yükləyə bilərsiniz.
|