|
İlk olaraq Adobe Premiere aid olan Giriş dərsini oxumğınızı xahiş edirəm. Dərsdən
rahat istifadə etmək üçün giriş dərsi ilə tanış olmalısınız. Adobe Premier film
birləşdirmək, səsləndirmək və bir çox montaj işlərində professional bir proqramdır.
Bu dərsdə premier-də iki videonu birləşdirməyi öyrənəcəksiniz. İlk olaraq Premieri
açın və qarşınıza çıxan pəncərədən Custom düyməsini sıxaraq aşağıdakı
pəncərəni açın. Dəyişiklikləri aşağıdakı kimi daxil edin və OK
basaraq əməliyyatı yerinə-yetirin. Compressor bölməsi video sıxışdırmaları
üçün codec seçilir. Mən aşağıda seçdiyim codec ola bilsin sizin
sisteminizdə mövcud olmasın. Codecs-lər fərqli firmalar tərəfindən istehsal olunmuş
film görünüşləri üçün sıxışdırma formatlarıdır. Buradan istəyinizə görə seçə bilərsiniz.
None seçərsəniz sonda saxladığınız video maksimum təmizlikdə olacaqdır,
lakin videonun həcmi çox olmacaq.

Ardından Premier pəncərəsi açıldıqda birləşdirəcəyimiz filmləri premier içərisinə
çağırmalıyıq. Bunun üçün File - İmport - gedərək sərt diskinizdə
mövcud olmuş 2 video faylı seçirik. Qısa yol olaraq Ctrl + İ.

Seçdikdən sonra mövcud olmuş 2 video fayl aşağıdakı kimi pəncərədə yerləşdiriyin
görəcəksiniz.n İstəsəniz 2 yox , daha da çox videoları birləşdirmək mümkündür.

Videonun məlumatlarını görmək üçün üzərində basaraq seçin. Seçilmiş video haqda
yuxarı hissədə bütün məlumatlar görsənəcəkdir. Filmlər daxil edildikdən sonra onları
timeline pəncərəsində yerləşdirməliyik. Bunun üçün videonun üzərində
sol düyməni sıxaraq timeline pəncərəsinin üzərinə aparmaq lazımdır. Yəni videonu
sürüşdürərək pəncərənin üstündə bıraxın.

Video ilə yanaşı səslərlə də montaj işləri aparası olarsanız onu videonun alt hissəsindəki
Audio layerlərində həyata keçirəcəksiniz. Aşağı şəkildə video və səslərin yerləşdiyi
yerləri görə bilərsiniz.

İindi hər iki videonu aşağı şəkildə ki, kimi yerləşdirməliyik. Yəni birinci video
qurtarır və onun ardında növbəti video gəlir.

Bu qısa dərsdə sadəcə videonu yerləşdirməyi öyrənməli oldunuz. Bütün dəyişiklikləri
etdikdən sonra artıq videonu saxlaya bilərik. Bunun üçün File - Export - Movies
daxil olmalıyıq. Render bir az vaxt ala bilər. Bunun üçün yüklənmə getdikdə başqa
bir dəyişiklik etməyə çalışmayın.

|