Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. 
Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün Start düyməsi basılır
və Programs menyusundan Microsoft Word seçilir.
Proqramın iş sahəsinə nəzər yetirək. Notepad proqramından fərqli bir neçə xüsusiyyətləri
olmağına baxmayaraq, hər iki proqram eyni məqsəd üçün- mətn yaratmaq üçün- istifadə
edildikdən görünüşü təxminən eynidir. Yəni Notepad proqramı kimi Word proqramının
əsas hissələri mətn daxil edilən ərazi və menyulardı. Menyulardan əlavə pəncərədə
alətlər düymələri də mövcuddur. Bu düymələr əsasən menyularda olan əməliyyatları
daha rahat işə salmaq üçün istifadə olunur.Mətn hissəsinin görünüşü müxtəlif ola
bilər. Ən çox istifadə olunan variantlara baxaq.
1. Normal rejim. Yalnız daxil etdiyiniz mətni göstərir, səhifə kanarlarını
görmək olmur. Bu rejim View menyusunda yerləşən Normal sətri ilə aktivləşdirilə
bilər.
2. Səhifə rejimi. Ən rahat rejim, istifadə üçün məsləhət görünür. Xətkeş, səhifələr,
səhifə kanarları, sütünlar və s. elementlər daxil etdiyiniz mətn ilə bərabər çap
olunduqda sənədin necə görunəcəyi ilə eynidir. Bu rejim View menyusunda yerləşən
Page Layout sətri ilə aktivləşdirilə bilər.
|
|
|
Notepad proqramından fərqli olaraq Word proqramının daxilində eyni zamanda bir neçə
sənəd e'mal oluna bilər. Bunu yoxlamaq üçün, gəlin bir yeni sənəd yaradıb, onun
üzərində məşq edək. Yeni sənədi yaratmaq üçün alətlərlərdən birini New düyməsini
istifadə edək.
Yeni sənəd yarandıqdan sonra, əvvəlki sənədə bir neçə usul ilə qayıtmaq olar, bundan
əlavə hər iki sənədi eyni zamanda ekranda görmək və asanlıqla işləmək olar.
|
|
|
|
|
Bir sənəddən başqasına keçmək üçün Window menyusu istifadə olunur. Həmin menyunun
aşağı hissəsində olan sənədlər siyahısından lazım olan sənəd adı seçilir, hər hansı
bir sənəd yaddaşa verilməyibsə sənədin adı əvəzinə Document1 və s. kimi adlar istifadə
olunur.
Bir neçə sənəd ilə işləmək üçün sənədlərin yerləşdiyi pəncərələrin başlığında olan
düymələrdən də istifadə etmək olar. Wordun pəncərəsində proqram pəncərəsi üçün istifadə
olunan Close, Minimize və Maximize düymələri ilə bərabər hər sənədin pəncərəsi üçün
eyni düymələr də var. Məsələn, Word proqramını bağlamaq lazım olarsa yuxarıdakı
x düyməsi istifadə olunur, aktiv sənədi bağlamaq üçün isə aşağıdakı düymə istifadə
olunmalıdır.

|
|
|
|
|
|
|
|
|
Bu düymələrdən istifadə edərək, və sənədlərin yerləşdiyi pəncərələrin ölçülərini
dəyişərək şəkildə göstərilmiş sənədlər yerləşməsini əldə etmək olar. Bu əməliyyatları
avtomatik olaraq Window menyusunda yerləşən Arrange All sətri ilə yerinə yetirmək
olar.
Word proqramının Notepad'dan olan fərqlərindən biri müxtəlif dillərdən istifadə
etmək imkanıdı. Yəni ingilis dilindən əlavə rus və Azərbaycan dillərindəndə istifadə
etmək olar. Bunu etmək üçün klaviaturanın dil rejimini dəyişmək olar. Bunu etmək
üçün Start zolağının sağında yerləşən indikatordan və ya klaviaturada Ctrl+Shift
(b'əzi sistemlərdə Alt+Shift) düymələrindən istifadə etmək olar.

|
|
Mətnin Seçilməsi
Hər hansı bir əməliyyat edəndə kompyuter əməliyyatı mətnin
seçilmiş hissəsinə tətbiq edir. Məs. bir sözü seçmək üçün göstəricini sözün
əvvəlinə qoyub düyməni basılı saxlayaraq sözün axırına gətirmək lazımdı. Seçilmiş
söz qaralır, və məs. Delete düyməsi basılsa dərhal silinir.
Nümunə: seçilmiş
mətn
|
|
Mətn seçilmə qaydaları.
|
|
Mətn elementinin adı
|
Əməliyyat
|
Klaviatura ilə
|
|
Bir neçə hərf
|
Göstəricini əvvələ qoyub düyməni basılı saxlayaraq axıra gətirmək.
|
Shift+ ox işarəsi olan düymələrdən biri
|
|
Bir söz
|
Sözün üzərində iki dəfə düymə basılır.
|
Ctrl+Shift+ ox işarəsi olan düymələrdən biri
|
|
Sətir
|
Göstəricini sətrin əvvəlinə qoyub düyməni basın.
|
Shift+Home və
ya Shift+End
|
|
Abzas
|
Abzasın əvvəlində iki dəfə düymə basılır.
|
-
|
|
Bütün mətn
|
Edit menyusundan Select All seçilir.
|
Ctrl+"A"
|
Seçkidən imtina
etmək üçün
|
Mətnin üzərində
düymə basılır.
|
Ox işarəsi olan düymələrdən biri
|
Mətni seçdidən sonra, klaviaturadan hər hansı bir işarə daxil olunsa seçilmiş mətn
silinir və həmin işarə ilə əvəz olunur. Seçilmiş mətni silmək üçün Delete və ya
Backspace düymələri istifadə olunur.
|
|
|
|
|
|
|
|
|