Yuxarıda dediyim kimi ok basdıqdan sonra premierin bütün pəncərələrini ekranda görəcəksiniz.
Pəncərlərin yerlərini istəyinizə görə dəyişdirə bilərsiniz. Dəyişdirdikdən sonra
isə bu dəyişikliyi saxlaya bilərsiniz ki, bunu
Windows - Workspace - Save Workspace
edə bilərsiniz.İilk olaraq istifadə etmək üçün çağıracağımız faylların yerləşdiyi
pəncərə haqda danışın. Nəzərinizə çatdırıram ki, premier içərisinə çağrılmış bütün
faylları kənardan çağrılır. Yəni müəyyən bir yerdən çağrılmış şəkili daha sonra
silərsəniz proqram xəta verəcəkdir.
Yanda gördüyünüz pəncərə sizin kitabxananız sayıla bilər. Gördüyünüz kimi mən 3
fayl çağırmışam. Fayl çağırmaq üçün ya pəncərənin ağ hissəsində sol düyməni 2 dəfə
sıxa bilər, ya da sağ düymə ilə
import edə bilərsiniz. İmport verdikdə
3 seçim olacaqdır:
File (tək fayl seçmək üçün)
,
Folder(qovluq seçmək üçün)
,
Project (hazır .ppi prajekt çağırmaq üçün).
Pəncərənin sol yanında
Bin 1 adlı papka simvolu görürsünüz. Çağrılmış
fayllar çox görsənərsə və seçməkdə çətinlik çəkərsəniz bin yaradaraq işinizi asanlaşdıra
bilərsiniz. Pəncərənin alt hissəsindəki düymənin köməkliyi ilə

bin yara bilərsiniz. Bin normal Windows da və müxtəlif proqramlarda kı, papka deməkdir.
Bütün faylları səs, video və şəkil olaraq ayıra bilərsiniz ki, bunun nəticəsində
axtardığınızıda çox asan şəkildə tapa bilərsiniz. Bin yaradan düymənin solundakı
düymə isə (
find) axtarmaq üçündür. Dediyim kimi siz daha çox fayl
çağırdığınızda onları tapmaqda çətinlik çəkə bilərsiniz. Bu zaman axtarışdan istifadə
edə bilərsiniz. Burdakı şəkil video səsləri isə mausun köməkliyi ilə sürükləyərək
Timeline pəncərəsinə apara bilərsiniz.