|
ELANLAR
|
 | Qrafik dizayner »» |
 | Neft şirkətində işləmək istiyirəm. »» |
 | Asp.Net, Delphi, HTML, Web Dizayner »» |
 | İşci teleb olunur »» |
 | İngilis dili hazırlığı. »» |
 | İşçi tələb olunur. »» |
 | Ofis proqramları. »» |
 | Kompyüter, ofis işi. »» |
|
Ardı
|
İstifadəçi:
|
0000415
|
Video dərs:
|
0000042
|
Şəkilli dərs:
|
0000193
|
Sual:
|
0000061
|
Şəkil:
|
0000239
|
Xəbər:
|
0000430
|
|
|
Flash / Action Script
Flash proqramı çox istifadə edilən qrafik proqramlarından biridir. Bu dərs vastəsilə flashin əsas panellərini və ilkin görünüş hissəsini müəyyən qədər öyrənəcəksiniz.
Tarix:
21.06.2009
Oxunub:
1969
Müəllif:
Emin Novruzov
Paylaş
|
Çap et
Şərh yaz
|
|
Flash proqramı ilə işə başlanılması.
|
|





|
Macromedia Flash hazırda bir çox iş görə bilən və çox istifadə edilən grafik, flash
animasiya proqramlarından biridir. Proqram vastəsilə təqdimat işləri, hərəkətli
veb saytlar, şəxsi oyunlar v.s kimi bir çox işləri layiqincə yerinə yetirə bilərsiniz.
- Dərsi oxuyaraq flash üçün sadəcə ilk anlayışıa malik ola bilərsiniz. Proqram ilk
görünüşdə çox sadə gəlsədə, daxili incəlikləri və xüsusi panelləri ilə müəyyən qədər
çətin proqramdır. Eyni zaman da proqram xüsusi grafiki qabiliyyətdə tələb edir.
Proqramın yaxşı xüsusiyyətlərindən biri bir çox fayl tipini dəstəkləməsidir. Proqram
hazırladığınız işləri .exe, .swf, .html, .avi v.s kimi bir çox vacib tiplərdə saxlamaq
mümükündür.
1. İlk şəkilimizdə, alətlər paneli,
menyu sətri, layer bölməsi, rənglər seçimini görürsünüz.
Panellər digər proqramlardan tanışdır. Alətlər paneli object yaratmaq və dəyişiklik
etmək üçün istifadə edilir. Çevrə çəkmə, yazı yazmaq, seçmək v.s kimi. Alətlərdən
istifadə edərək hansının nə iş gördünüyü rahatlıqla öyrənə bilərsiniz. Onun altında
View bölməsini görürsünüz. Ora iki alət daxildir. Birincisi
zoom: səhnənin yaxınlıq və uzqlığını təmin etmək digəri isə Hand Tools:
səhnəni asanca hərəkət etdirmək üçündür. Səhnə həcmini böyük götürdüyünüzdə çox
istifadə edəcəksiniz. Rəng seçimi isə seçilmiş objectə rəngin daxil edilməsini üçündür.
Üzərində sol düyməni saxlayaraq seçimi edə bilərsiniz. Layer bölməsi
2 objectin bir - birindən ayrılması üçündür. Photoshop bilənlər üçün bu bölmə çox
tanış olacaqdır. Layerin alt hissəsindən yeni layer əlavə edib poza bilərsiniz.
Bu üç düymə ilə layeri gizlədə bilər, kilitləyə bilər və onu grid şəklinə gətirə
bilərsiniz. İkinci sıxımla edilmiş əməliyyatı geri qaytarır.
|
|
2. Library paneli.
Onu deyimki, flashin ən gözəl xüsusiyyətlərindən biridə faylları öz içində saxlaya
bilməsidir. Səs, şəkil, video kimi faylları İmport etdikdə onu çağrılan ünvandan
yox məhz öz içərisində yerləşdirir. Yandakı pəncərədə çağrilmış bütün faylları,
flash içərisində düzəldilmiş buttonları, moviesləri v.s kiim objectlər bu pəncərədə
yerləşibdir. Ctrl+L düymələri vastəsilə pəncərəni aça bilərsiniz.
Alt hissədəki
bu üç düymə qovluq yaratmağı, yeni symbol yaratmağı
və seçilmiş symbolun parametrlərinə baxmağı təmin edir. Symbolun
üzərində sıxıb saxlayaraq onu səhnəyə daşıya bilərsiniz. Üzərində mausun sol düyməsini
çüt sıxaraq da içərisinə girərək dəyişikliklərinizi edə bilərsiniz.
|
|
3. Color Mixel paneli. Panel görünüşündəndə
məlum olduğu kimi rənglərə aid əməliyyatları həyata keçirmək üçündür. İlk panelimizdə
rəng seçimini söyləmişdim, ordan hazır rəng seçmək üçün istifadə edə bilərdiniz.
Bu paneldən istifadə edərək rəngləri istəyinizə görə (Gradient, Solid, Linear,
Radial, Bitmap) dəyişdirə bilərsiniz. Rəngi objectə daxil etmək üçün
ilk olaraq objecti seçməlisiniz. R-G-B colorla rəngləri dəyərlərini
dəyişdirə bilərsiniz. Paneli Windows - Design Panels - Color Mixel
aça bilərsiniz. Qısa yol düyməsi olaraq Shift+F9 olaraq paneli
də aça bilərsiniz.
|
4. Action Sciript paneli: Flash proqramının
əsas mədəni olan Action Script ilə siz proqramlaşdırma işlərini aparacaqsınız. Flash
ən çətin hesab edilən bölməsi məhv actionsciprtdir. Script yazmadan flash ilə çox
az iş görmə şansınız vardır. Action Script dili o qədərdə çətin olmasada, heç proqramlaşdırma
ilə əlaqəsi olmayanlaraq çətin gələcəkdir. İlk olaraq açdıqda əmrlərin hamısının
passiv olduğunu görəcəksiniz, script yazmaq üçün script yazacağınız bölməni seçməlisiniz.
Bölmə dedikdə ya hər hansı düyməni (button), ya hər hansı kadrı (frame) ya da movie
klibi. Məsələn düymə seçərək həmin düyməyə aid script yaza bilərsiniz.
on(press){
play();
}
Bu əmri düyməyə daxil etək düyməni basdıqda səhnə davam edəcəkdir. Əlbətdə davam
etməsi üçün səhnə stop edilməlidir əvvəlcədən.
Frames seçərəkdə framesə aid olan Play(); Stop() v.s kimi əmrləri
daxil edə bilərsiniz.
Qısa olaraq düymə yaratmağı deyim. İlk olaraq düymənin olacağı
objekt hazırlayın. Hazır çağrılmış şəkil və ya alətlər panelindən bir dairə. Sonra
həmin objektin üzərində sol mause sıxaraq seçin və F8
düyməsini basın, qarşıya çıxan menyudan Button seçərək OK
verin. Artıq düymə hazırdır.
|
|
5. Properties paneli isə seçilmiş obyektin
əməliyyatları haqqında dəyişlik etmək üçündür. Misal olaraq bir text yazaraq onu
seçin, properties panelində ona aid əmliyyatların açıldığını görəcəksiniz. Bu pəncərədən
flash daxilində ən çox istifadə edəcəksiniz. Bütün objetlərin dəyişiklərini bu pəncərədən
həyata keçirilir.
-Flash haqda bu qədər. Ümüd edirəm müəyyən qədər flash biliyinə malik oldunuz. Flash
çox maraqlı və istifadə etməyə dəyər bir proqramdır.
|
|
|
Paylaş
|
|