|
I üsul.
- Yeni sətrin yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sətir seçdiyinizdən
əvvəl
yaranacaq).
- Insert menyusundan Rows seçin.
II üsul.
-
Yeni sətrin yerini müəyyən etmək üçün bir* sətir seçin (sətri seçmək üçün onu başlığında
düyməni basmaq kifayətdir).
- Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Insert seçin.

* Bir sətir deyil bir neçə sətir seçdikdə yeni sətirlərin sayı da dəyişir( məs.,
iki sətir seçib və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sətir
daxil edirsiniz).
Səhifədə yazılmış cədvəlinizə yeni sütun əlavə etmək üçün:
I üsul.
- Yeni sütunun yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sütun seçdiyinizdən
əvvəl
yaranacaq).
- Insert menyusundan Columns seçin.
II üsul.
-
Yeni sütunun yerini müəyyən etmək üçün bir* sütun seçin (sütunu seçmək üçün onu
başlığında düyməni basmaq kifayətdir).
- Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Insert seçin.

* Bir sütun deyil bir neçə sütun seçdikdə yeni sütunlərin sayı da dəyişir( məs.,
iki sütun seçib və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sütun
daxil edirsiniz).
Səhifədə yazılmış cədvəlinizdən bir sətir ləğv etmək üçün:
-
Bir və ya bir neçə sətir seçin (sətri seçmək üçün onu başlığında düyməni basmaq
kifayətdir).
- Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Delete seçin.
Səhifədə yazılmış cədvəlinizdən bir sütun ləğv etmək üçün:
-
Bir və ya bir neçə sütun seçin (sütunu seçmək üçün onu başlığında düyməni basmaq
kifayətdir).
- Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Delete seçin.
Səhifələr ilə əməliyyatlar.
Adətən Excel ilə işi başlayanda Sheet1, Sheet2 və Sheet3 adlı səhifələr olur. Bu
səhifələrin sayını artırmaq və azaltmaq olur. Yeni səhifə əlavə etmək üçün Insert
menyusunda olan Worksheet seçmək kifayətdir.

Səhifələrdən hər hansı birini ləğv etmək üçün onun adı üzərində sağ düyməni basaraq
Delete və ya Edit menyusundan Delete Sheet seçin.

Səhifənin adını dəyişmək üçün həmin adın üzərində iki dəfə düyməni basaraq və ya
sağ düyməni basıb Rename seçərək yeni ad daxil edin.
Səhifələr müəyyən ardıcıllıq ilə düzülüb. Bu ardıcıllığı dəyişmək üçün (yəni məs.,
Sheet1 səhifəsini axıra keçirmək üçün) həmin səhifənin adı üzərinə mausun oxunu
yönəldin və düyməni basılı saxlayaraq səhifənin yerini dəyişin. Bu əməliyyatı Ctrl
düyməsini basılı saxlayaraq yerinə yetirsəz, həmin səhifənin ikinci nüsxəsini ala
bilərsiniz.

Səhifələrin sayı çox olduqda onların hamısının adını ekranda görmək olmur. Bunu
etmək üçün Səhifə adlarından solda yerləşən kiçik düyməciklərdən istifadə etmək
olur.

|