|
ELANLAR
|
 | Qrafik dizayner »» |
 | Neft şirkətində işləmək istiyirəm. »» |
 | Asp.Net, Delphi, HTML, Web Dizayner »» |
 | İşci teleb olunur »» |
 | İngilis dili hazırlığı. »» |
 | İşçi tələb olunur. »» |
 | Ofis proqramları. »» |
 | Kompyüter, ofis işi. »» |
|
Ardı
|
İstifadəçi:
|
0000415
|
Video dərs:
|
0000042
|
Şəkilli dərs:
|
0000193
|
Sual:
|
0000061
|
Şəkil:
|
0000239
|
Xəbər:
|
0000430
|
|
|
Adobe After Effect
After Effekt proqramına başlamaq istəyənlər üçün ilkin anlayış. Panelləri və əsas panelləri öyrənməyinizə müəyyən qədər köməklik göstərəcək.
Tarix:
21.06.2009
Oxunub:
1851
Müəllif:
Emin Novruzov
Paylaş
|
Çap et
Şərh yaz
|
|
Adoba After Effectdə ilkin anlayış.
|
|
Ön söz: - After Effekt adından da məlum olduğu kimi effekt proqramı
hesab edilir. Proqram rahatlığı və genişliyi baxımından bir çox professinal istifadəçi
tərəfindən seçilmişdir. AFX reklam loqolarınının hazırlanması, 3D səhnələrin effektləndiriləmsi
kimi bir çox iş görmək üçün geniş imkanlara malikdir. 512 ram, 128 video karta malik
kompüterlərdə proqramı rahatlıqla istifadə etmək mümkündür. Adobe Premier bilən
istifadəçilər üçün proqramı öyrənmək o qədər də çətin gəlməyəcəkdir. Proqramla yanaşı
Flame, Particle İllusion kimi proqramlarıda istifadə edə bilərsiniz. Nəzərinizə
çatdırmaq istərdim ki, after effectlə yanaşı Premier proqramından da bir az anlayışınızın
olması işləriniz də rahatlıq verəcəkdir sizə Çünki after effectlə bir çox işləri
rahatlıqla görmək sizə çətin gələ bilər. Məsələn: videoların kəsilərək ayrılması,
səsləndirmə işləri v.s kimi.
- Bu dərsimizi çalışdığım qədər geniş yazmışam.Hesab edirməm dərsən səmərəli istifadə
edən proqramın ilk görünüşünü anlaya biləcəkdir.
- After Effecti (AFX) ilk açdığınızda sadəcə ekranın sol tərəfində kiçik bir pəncərə
görəcəksiniz.
|
|
|
Yandakı pəncərinin içirəsi boş olacaqdır. Əsas panelləri gətirmək üçün isə ya hazır
bir after effecti prayectini File - Open verərək açmalı, yada işə
sıfırdan başlamaq üçün Composition yaradmalısınız. Compositionu
siz yeni bir səhnə kimi nəzərinizə gətirin. Yaradmaq üçün isə yandakı pəncərənin
ən alt hissəsindən

düyməsi istifadə edə bilərsiniz. Ancaq yaratmazdan əvvəl bu pəncərə haqda danışım.
Premier-də ki import pəncərəsinin eynisi afxdədə var ki, buda yandakı pəncərədir.
AFX içərisinə çağrılmış bütün şəkil , video , səs kimi fayllar bu pəncərədə toplanılır.
Seçilmiş faylın infosunu pəncərənin üst hissəsində görürsünüz və onun yanındada
həmin faylın ilk fraqmentini görə bilərsiniz ki, buda fayllar çoxaldıqda onları
tapmaqda kömək edəcəkdir. Pəncərənin ən alt hissəsində isə find
- faylı adı ilə tapmaq, Create New folder - faylları səliqəli yığmaq
üçün qovluq yaratmaq onun yanındakı dediyim kimi composition yaratmaq
və onun yanındakı isə delete - seçilmiş olanı silmək üçündür. Bu
düymələr yalnız bu pəncərəyə məxsusdur. Fayl dedikdə şəkil video səs nəzərdə tuturam.
İndi yeni composition düyməsini sıxın və açılan pəncərənin nə olduğunu oxuyun.
|
|
Düyməsi sıxdıqda qarşınıza yandakı pəncərənin çıxdığını görəcəksiniz. Bütün programlarda
olduğu kimi buda afx səhnəsinin ölçüləri kimi paramterləri seçmək üçündür. Burada
ilk gördüyünüz Composition Name - yaraddığınız compositionnun adını
daxil edirsiniz. Preset bölməsi isə hazır səhnə ölçüləri üçündür.
Bu ölçüləri hazır verdiyiniz kimi, özünüz də daxil edə bilərsiniz. Width
və Heght bölmələrində: Width eninə, Heght isə səhnənin uzunluğunu
müəyyənləşdirmək üçündür. Gördüyünüz kimi mən 720-576 daxil etmişəm.
TV üçün hazırladığınız ölçülər bu dəyərdə olmalıdır. Framse rate
isə 1 saniyədə gedən görüntülərin sayıdır. 30 normal sayılır. Onun
altdından isə başlanğıc və bitiş saniyələrini daxil etdikdən sonra OK
ilə yerinə-yetirə bilərsiniz. Əgər 10 saniyəlik bir film hazırlamaq istəyirsinizsə
onda Duration dəyərini 0.00.10.00 olaraq daxil
etməlisiniz. Bu parametrləri Preset bölməsində saxlaya bilərsiniz. Növbəti girişdə
bir başa ordan bütüm parametrləri seçmək üçün.
|
|
|
Ok verdikdə səhnədə müxtəlif panellərin açıldığını gördünüz. Bu
panellər işə başlamaü üçün istifadə edəcəyiniz əsas panellərdir. Bunlardan Timeline
paneli haqda danışmaq istəyirəm ki, bu paneldə filmdə istifadə edəcəyiniz materialları
yerləşdirmək üçün istifadə edilir. Gördüyünüz kimi hazırda paneldə müxtəlif adda
şəkil və videolar mövcuddur. Artıq bu faylların hər biri bir layerdir və ən ustəki
ən üstə görsənəcəkdir. Onların sağında isə layeri kilitləmək, gizlətmək, səsini
bağlamaq kimi paramterlər var. Layerlərin yanında boş bölgədə sağ düyməni sıxaraq
yeni camera, light , text, solid v.s kimi yarada bilərsiniz. Eyni zaman da istədiyiniz
faylın (sə, video kimi) üzərində də sağ düyməni sıxaraq ona münasib operatorlar
seçə bilərsiniz. Hər hansı fayla effect vermək, onu silmək v.s kimi. Bu haqda növbəti
bölmədə.
|
|
|
Yuxarıdakı layerlərin üzərində sağ düyməni sıxdıqda isə yandakı menyu açılacaqdır.
Mack ilə layeri mack çevirə bilərsiniz, Quality təmizlik seçimi,. Effect ilə layerə
daxil edəcəyiniz effecti seçə bilərsiniz. Bu effecti burdan daxil etdiyiniz kimi
menyu sətrindəndə daxil edə bilərsiniz. 3D layer verdikdə isə layerin 3D hərəkət
etdirə biləcəksiniz. v.s. Digərləri haqda hələki ehtiyac yoxdur.
|
|
|
Yuxarıdakı panelin qarşısında isə onlara məxsus layerləriin uzunluqlarını görürsünüz.
Ən başlarında sürüçdürərək kiçikdib böyüdə bilərsiniz. Əsas hərəkətləndirmə paneli
buradır ki, bu bölmədən istifadə qaydalarını yazı ilə başa salmaq bir az mürəkkəb
məsələdir. Özünüz bir neçə nümunə edərək başa düşə bilərsiniz.
|
|
|
Yandakı pəncərə isə etdiyiniz əməliyyatlara baxmaq üçündür. Pəncərənin ən üst hissəsində
səhnədə istifadə etdiyiniz Compositionun adını görə bilərsiniz.
Bir compositionun içənə digər bir composition yerləşdirə bilərsiniz. Əlbətdə bunu
üçün gərək ikinci compositionuda yaradasınız. Pəncərənin alt hissəsində isə baxış
paramterlərini dəyişdirə bilərsiniz. Rənglərlə oynamaq, yaxınlaşdırma əməliyyatları
v.s kimi. Bir şeyi nəzərinizə çatdırım ki, After Effect diskini ilk alıb yüklədikdə
bir çox plugini proqram daxilində görməyə bilərsiniz. Odur ki, proqramla yanaşı
mütləq Plugin diskini də almalısınız. AFX öz pluginləri ilə yüksək səviyyəli işlər
görmək mümkün olmaya bilər.
|
|
|
Effect Control Panelini görürsünüz. Yandakı panel after efectdə composition yaratdıqdan
sorna ekranda görsənməz. Hər hansı layerə effect daxil etdikdə panel ekrana çıxacaqdır.
İstəsəniz menyudan Effect > Effect Control (f3) ilə də paneli ekrana
gətirə bilərsiniz. Effect paneli haqda danışmağa ehtiyac bilmirəm çünki hər effecti
daxil etdikdə panelin görünüşü o effectə uyğun şəkildə dəyişir. Yanda görürsünüz
ki, mən 3D İnvigarator effectini seçmişəm və panel ona görü dəyişibdir. Bir neçə
layerə effecti vermisinizsə onda həmin layerlərin effect pəncərəsini yuxarıdan seçə
bilərsiniz.
|

|
Yanda 3 pəncərə görürsünüz. Tools (alətlər) , İnfo
( məlumat) və Time Control ( vaxt kontrolu). Tools
alətlər paneli digər programlardan fərqli bir cəhəti yoxdur. Tanıdığımız alətlərdir.
Ancaq bu alətlərdən hər video üzərində istifadə edə bilmərsiniz. İlk olaraq o video
üzərində iki dəfə klik edərək ( time line üzərindəki video vəya şəkili nəzərdə tuturam)
onun ekrana gətirməli ondan sonra istifadə etməlisiniz. İnfo pəncərəsi
isə etdiyiniz bütün əməliyyatların məlumatlarını göstərir. Hansı saniyədəsiniz,
hansı rəngin üzərindəsiniz, hansı kordinant üzərində dayanmısınız v.s. Time
Control isə hazırladığınız videonun necə çıxdığına export etməmişdən
əvvəl izlənməsi üçündür. Dəyərləri daxil etdikdən sonra yandakı düymənin

köməkliyi ilə videoya baxa bilərsiniz.
|
|
Son olaraq Export etmək üçün isə File - Export və istədiyiniz fayl
tipini seçin. Şəkildəki kimi. After Effectin gözəl cəhətlərindən biridə faylın saxlama
tiplərinin çox olmasıdır.
Proqram haqda müəyyən qədər məlumat verdim. After Effect proqramı ilk baxışdan çətin
gəlsədə, işləmə asanlığını öyrəndikdən sonra çox rahat bir proqram olduğunu gprəcəksiniz.
|
|
|
|
Paylaş
|
|