İlk dərsimizdə verilənlər bazasında cədvəl hazırlamışdıq.
Bu dərsimizdə hazırladığımız cədvəldəki sütunlara (idno,ad,email) verilənləri yerləşdirməyi öyrənəcəyik.
Bunun üçün istifadə edəcəyimiz kod insert kodudur.
İstifadə qaydası: insert into values ('verilən'…) şəklindədir.
Burada vacib olan verilənləri sırası ilə yazmaqdır. Yəni verilənlər bazasındakı ardıcıllığı qorumaq lazımdır.
Bizim ardıcıllığımız idno, ad, email şəklindədir.
Verilənlərın ardıcıllığı da bu şəkildə olmalıdır.
Məsələn: 001, Anar, anar.samadov@hotmail
Kod şəklində aşağıdaki kimi yazılır.
insert into istifadeciler values('002','Anar','anar.samadov@hotmail')
Nəticə aşağıdakı kimi olacaqdır.

(Rəsim Microsoft SQL Server Proqramından çəkilmişdir.)