|
Adobe Flash ilə layihələndirmədə ilkin anlayış.
Salam əziz dostlar. AzGraf.Com sizlər üçün fərqli dərslər nümayiş ettirərək hər
zaman sizlərə müəyyən qədər dəstək olmağa çalışır, məhz bu dərsimizdə də tam fərqli
bir sahəyə uyğun dərs hazırlamışam. Dərsin adından bir çoxlarımıza aydın olduğu
kimi günümüzdə bir çox layihələr hazırlanıb internet istifadəçilərinin xidmətinə
verilir. Layihə dedikdə təbii olaraq virtual aləmdə mövcud ola biləcək veb saytlar,
internet və ya kompyüter oyunları, intellektual oyunlar, virtual forumlar, virtual
çatlar v.s nəzərdə tuturam. Bəlkədə bir çoxlarımız bu kateqoriyalar altında bir
çox iş görə biləcək bacarığa sahibik. Lakin işə necə, hardan? hansı üsüllardan başlayacağımızı
bilmirik. Misal üçün, məni ən çox narahat edəcək məsələlərdən biri qarşıma çox zaman
əla proqramçılar və ya dizaynerlər çıxır, hiss edirsən müəyyən qədər bilikləri var
lakin deyəndə nə işləriniz var heç bir işləri olmur. Bir sözlə "Əsas bilmək yox,
yaratmaqdır".
Başınızı çox ağrıtmadan keçək başlıca məsələyə. Bu dərsimizdə sizə MİO 2008 (Milli
İntellektual Oyun) üzərində nümunələr göstərərək, bu və ya buna bənzər digər layihələri
necə hazırlayacağınıza yol göstərəcəm.
|

|
Ümumiyyətcə götürsək hər hansı kiçik və ya böyük işə başlamazdan əvvəl ilk olaraq
oyunda əsas hansı funksiyalar, hansı quruluşlar, hansı özəlliklər olacağını kiçik
testlərdən keçirməliyik. Götürək misal üçün intellektual oyun hazırlamağa başlayırsınız
və oyunda ən vacib hissələrdən biri sualların ekrana gəlişi hissəsidir. Suallar
hansı funksiya ilə ekrana gələcək, suallar hansı scriptlər vastəsilə təkrarlanmayacaq,
suallar hansı kateqoriyalar altında sıralanacaq v.s. Əlbətdə bunları etmək üçün
programı bilməyinizdə müəyyən qədər təcrübəniz olmalıdır. Dərsimizdə MİO 2008 üzərindən
testlər göstərəcəyim üçün program olaraq da Adobe Flash 9.0 istifadə edəcəm. Əsasən
kateqoriyaya bölsək oyunu hazırlamağı aşağıdakı ardıcıllağa sıralamaq olar:
|
- Photoshop programını açırıq və programın görünüşünü A-dan, Z-yə qədər dizayn edirik.
-
Tam hazır olmuş dizayn versiyasını Adobe Flash açaraq səliqəli şəkildə ora köçürdürük.
Flash daxilinə köçürddükdə diqqət edəcəyiniz əməliyyatlardan biri flash daxilinə
alınmış şəkillərin həcmləridir. Həmcləri bacardığınız qədər aşağı salmalısınır.
Bu haqda sıralama sonunda ətraflı yazmışam.
-
Flash köçürdüldükdən sonra flash daxilində mövcud aktiv düymələri hazırlayırıq.
-
Düymələr hazır olduqdan sonra dizayn üzərində mövcud hərəkətləri hazırlamağa başlayırıq.
Hərəkət dedikdə logo üzərindəki effect, düymənin üzərində gəldikdə-çəkdikdə yarancaq
effect v.s kimi.
-
Dizayn tam hazır olduqdan sonra sıra gəlir oyunu proqramlaşdırmağa, oyuna məxsus
bütün scriptləri ən professinal şəkildə yazmalısınz.
-
Və nəhayət oyunda istifadə ediləcək sualları bazasını (ya kənardakı sual bazasından
yada flash daxilindən) quraraq sualları daxil edirik və oyunun digər istəyə görə
özəlliklərini düzəldirik.
Sıralamada da qeyd etdiyim kimi, flash alınmış şəkil həcmləri olduğu qədər kiçik
həcmlərdə olmalıdır. Bunu aşağıdakı nümunədə də görə bilərsiniz:
Misal üçün aşağıdakı kimi bir paneli flash içərisinə gətirməyə ehtiyac oldu:
Bunu flash daxilinə photoshopdan gətirdikdə bir çoxumuz olduğu kimi save edərək
import edəcək ki, buda həcmin yüksək olmasına gətirib çıxardacaq. Lakin bunu aşağıdakı
2 parça ilə hazrlamaq mümkündür:
Gördüyünüz yuxarıdakı 2 şəkil ilə yuxarıdakı paneli, hətta ondan daha da böyük formasını
hazırlaya bilərsiniz. Edəcəyiniz sadəcə ilk soldakı şəkilin eninə doğru ölçüsünü
flash daxilində uzatmaq və sağdakı şəkilini onun sağ kənarına yerləşdirmək. Nümunədə
də olduğu kimi buna bənzər bir çox incəliklər vardır ki, oyunu hazırlamaqda ehtiyac
olacaq ən lazımlı əməliyatlar saymaq olar. Çünki oyunda istifadə ediləcək şəkillər
artıdıqca həcm həddini aşa bilər. Buda istifadəçinin rahatsızlığına gətirib çıxarda
bilər. Yuxarıdan da gördüyünüz kimi Photoshop deyə bilərəm ki, istənilən dizayna
malik programlarda proqramçının və ya dizaynerin sağ əlidir.
Adobe Flash proqramı hərəkətləndirmə işlərində çox professinal bir proqram olmaqla
yanaşı, eyni zamanda asanlığı ilə də bir çox dizaynerin üstünlük verdiyi proqramdır.
Flash içərisində bəlkədə bir çoxlarımızın işini görə biləcək həddindən çox incəliklər
var. Bir nümunəyə baxsaq:
Misal üçün: götürək MİO 2008 oyunuda oyunun əsas simvolik logosu olan kəpənək effektinin
hazırlanması. Əgər diqqətlə fikir verərsəniz kəpənəkin qanadlarının hərəkəti standart
deyil. Yəni konkret bir xətt üzərində hərəkət etmir. Əslində bunu etmək o qədər
də çətin əməliyyat deyil...
İlk olaraq flash içərisinə hazır kəpənək şəkilini İmport edirik:
Daha sonra flash daxilindəki kəpənəyi seçərək F8 düyməsinin köməkliyi ilə MovieClip-ə
çeviririk. Çevrilmiş M.C içərisinə girərək mövcud kəpənək şəkilini Ctrl + B düymələrinin
köməkliyi ilə Flash Object-ə çeviririk. Bunu etməyimizə səbəb kpənəki flash daxilində
istədiyimiz kimi kəsib, yapışdırmaqdır. Əslində istəsək kəpənəki PSD-də kəsərək
parça-parça da import edə bilərdik amma bu daha rahatdır mənim üçün. Flash object
halındakı kəpənəkin hər iki qanadlarını sağ və sol hissələrini seçərək F8 təkrar
MovieClip çeviririik:
Hər iki qanadlar ayrı-ayrılıqda 2 MoveClip-dən ibarət olmalıdır. Daha sonra ilk
olaraq sol qanadın MC daxil olaraq içərisində aşağıdakı şəkildə əməliyyatlar aparmalısınız.
İlk framin Action Script-nə: gotoAndPlay(random(7)+1);
Və son framin Action Script açaraq: gotoAndPlay(random(4)+1);
Yuxarıda cəmi 8 frame var scriptdən də gördüyünüz kimi əmr də yazılır ki, təsasüfü
1-7 qədər bir frame get də davam et, və sonucu frame də deyirik i, 1-4 qədər frame
get və davam et. Bu şəkildə qanad hər frame də fərqli təsadüfü qanad açılışlarına
malik olur. Frame də diqqət etdiyiniz kimi 1-8 doğru hər frame də qanadı sol tərəfdən
ölçüsünü balacalaşdırırıq. Qanadı seçərək "Q" düyməsini basmaqla ölçünü istədiyiniz
kimi kiçiltmək mümkündür. Eyni bu əməliyyatların kopyasını digər sağ qanada da ettikdən
sonra artıq kəpənək təsadüfü olaraq qanad çarpacaqdır. Bunu etməklə sadəcə sizə
kiçik ideya nümunəsi göstərmiş oldum, bu üsüldan istifadə edərək bir çox effectləri
ən rahat və asan formada həyata keçirmək mümkündür. Misal üçün bu üsülda təsadüfü
hərəkətə sahib fon düzəldə bilərsiniz. Qanadı düzəltdiyiniz kimi hər hansı objectə
də eyni effecti verərək onu fon kimi istifadə edə bilərsiniz.
Bu qədər...
Dərs ümüd edirəm sizlərə azda olsa köməklik göstərəcəkdir...
http://www.miogame.com/download adresindən
üzərində danışdığımız layihəni yükləyərək oynaya bilərsiniz.
|