MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   videoders.azersayt.com0324 
   www.test-english.com0962 
   www.mado.az0841 
   www.artdeco.az0671 
   www.cv-az.com1401 
   www.fakto.info1108 
   www.lotfilm.com1050 
   www.penahsoftware4.tk0897 
   www.mingecevir.net1119 
   www.sevincsiz.com1112 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramOfis proqramları. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramKompyüter, ofis işi. »»
 Ardı     



İstifadəçi: 0000415
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000061
Şəkil: 0000239
Xəbər: 0000430
 Asp / Asp.net / C#     
Proqramlaşdırma dillərini öyrənməyə başladıqda ilkin vacib olan əmrlər məhz string əməliyyatlarıdır. Bu dərsimizdə string əmrlərinə aid ətraflı məlumat verilib.

Tarix:        21.06.2009
Oxunub:   1526        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Asp.net C# dilində string əməliyyatları.

Salam əziz dostlar. Bu dərsimizdə biz asp.net C# dili vasitəsilə veb ya da windows üzərində istifadə edə biləcəyiniz string yəni yazı düzəlişlərini həyata keçirmək üçün funksiyalar toplusunu öyrənəcəyik. Bildiyiniz kimi proqramlaşdırmaya başladıqda ilk öyrənəcəyimiz vacib əmrlərdən əsasları məhz yazı əməliyyatları əmrləridir.
Yazı əmrləri aşağıdakılar daxil edilir.

  •    Length
  •    IndexOf
  •    IndexOfAny
  •    LastIndexOf
  •    Contains
  •    Insert
  •    Remove
  •    Replace
  •    Substring
  •    ToLower
  •    ToUpper
  •    Trim

Qeyd: Aşağıda diqqətlə baxarsanız hər bir əmrin sonunda onu ToString ilə convert edirəm. Bunu etməyimizə səbəb onun Label1.Text qutusuna göndərməyimizdir. Əgər hər bir əmr sonunda nəticə rəqəm gəlirsə onu string tipli br objektə göndərmək olmaz, bunun üçün də onu mütləq toString yada Convert.ToString ilə çevirmək lazım olur. Nəzərinizə çatdırıram ki, ToString əmri boş olduqda xəta baş verəcək. Convert.ToString daha məsləhətlidir.
Qeyd 2: Aşağıdakı bütün nümunələrdə müəyyən edilmiş və ya axtarılmış simvollarda hərflər böyük və kiçikliklərinə görə fərqlənirlər.

Length - Bu əmr gələn simvol sayını müəyyənləşdirir.
int cem= Label1.Text.Length();

IndexOf - Müəyyən bir hərfin və ya sözün axtarılması. Söz axtarıldıq da ilk hərfin yerini verir. Burda ilk simvol sıfırdan başlanılır.
int cem= Label1.Text.indexOf("a").ToString(); //Əgər a hərfi birincidirsə ekrana 0 (sıfır) çıxacaq.
LastIndexOf - Yuxarıdakının eynisini cümləsini solundan yox sağından yəni tərs tərəfindən başlayaraq axtarır.
int cem= Label1.Text.LastİndexOf("a").ToString(); //Sondan başlayaraq axtarır.

Not: Bu kimi axtarışlar nəticəsni misal üçün: hərf üçüncüdürsə 3 yox 2 olaraq nəticəni verir. Çün ki, ilk hərfi 0-dan başlayaraq sayır.
Contains - Hər hansı cümlənin içində müəyyən edilmiş bir sözün və ya hərfin olub olmamasını boolean olaraq verir. Əgər varsa true əks təqdir də false dəyəri çıxardır.
int cem= Label1.Text.Contains("a").ToString(); //Əgər a hərfi mövcuddur sa true əks təqdirdə false verəcək.

IndexOfAny - Bu əmr müəyyən bir cümlə içərisində, char ilə daxil edilmiş müəyyən simvolların axtarışınl edir. Nəticə olaraq da ekrana əgər hər hansınısa tapıbdırsa onun yerləşdiyi index verir, əks təqdirdə -1 olaraq çıxardır.
char[] istenmiyenler={'@','#','*'}; //Diqqət burda ancaq tək simvol olar. Yəni Char tipi.
int cem= Label1.Text.IndexOfAny(istenmiyenler).ToString();

Insert - Bu əmr müəyyən bir cümlənin və ya sözün içərisinə müəyyən bir sözü və ya cümləni daxil etmək üçündür.
string sMetin = "Azerbaijan";
string sMetin2 = " Republic";
sMetin = sMetin.Insert(sMetin.Length, sMetin2); //Gördüyünüz kimi əmr də deyirik ki, ilk mətinin sonuncu hərfindən başlayaraq ikinci mətini insert (əlavə) et.

Remove - Əmr adından da aydın olduğu kimi mətnin müəyyən yerini çıxardır. Əmr ilk hərfi sıfırdan başlanılır və sonuncu daxil edilmiş hərflə qədər olan bölgəni silir.
String metn="AZERBAYCAN";
Label1.Text = metn.Remove(0,4); // Ekrana BAYCAN çıxacaq.
Label1.Text = metn.Remove(4,6); // Ekrana AZER çıxacaq.

Replace - Bu əmr mətn içərisindən hər hansı hərfi və ya sözün dəyişdirmək üçün istifadə edilir.
String metn="AZERBAYCAN";
Label1.Text = metn.Replace("AZER","VETEN"); //Ekrana VETENBAYCAN çıxacaq.

və ya
Label1.Text = metn.Replace("AZER","VETENİM-AZER"); //Ekrana VETENİM-AZERBAYCAN çıxacaq. Bu insert əmrinə bənzədi. Mətnin içərisinə müəyyən bir kəliməni əlavə etmək kimi.

Substring - Bu əmr simvolu müəyyən bir yerindən başlayaraq, müəyyən bir yerinə qədər ekrana verir. Digərləri kimi ilk simvol sıfırdan başlayır.
String metn="AZERBAYCAN";
Label1.Text = metn.Substring(0,4) //Ekrana AZER cixir.

ya da
Label1.Text = metn.Substring(0,metn.Length-2); // Ekrana AZERBAYC cixacaq.

ToLower - Mətin içərisindəki bütün simvolları kiçik hərfə çevirir.
String metn= "AzErBaYcAn";
Label1.Text = metn.ToLower(); //Netice azerbaycan

ToLower - Mətin içərisindəki bütün simvolları böyük hərfə çevirir.
String metn= "AzErBaYcAn";
Label1.Text = metn.ToUpper(); //Netice AZERBAYCAN

Trim - Mətnin sağında və solunda olan bütün boşluqları və ya təyin olunmuş simvolu silir.
String metn= " AzErBaYcAn ";
Label1.Text = metn.Trim(); //Netice AzErBaYcAn"

ya da

String metn= "AZER";
Label1.Text = metn.Trim('A'); //Netice ZER

yada

String metn= "AZER";
Label1.Text = metn.Trim('A','R'); //Netice ZE - CHAR olmalıdır.

Burda belə bir şey də etmək olar:
String metn= " AZER ";
Label1.Text = metn.Trim().Trim('A'); //Netice ZER

//Deməli ilk olaraq burda boşluğu, ardından da A simvolunu təmizləyirik. Əksinə edilsə idi nəticədə dəyişiklik olmazdı. Çünki birinci boşluğu təmizlədik və ardından A artıq son simvol oldu və oda təmizləndi.
Trim əmrinin digər formaları isə:
TrimEnd() və TrimStart() əmrləridir. Eyni əməliyyatları edirlər, lakin TrimEnd() mətnin sonuna görə yoxlayır, TrimStart() isə mətnin əvvəlinə görə. Əvvəki ancaq Trim() isə hər iki tərəfidə yoxlayaraq müəyyən olunmuş simvolları çıxardırdı .

------------------------------------

Bu qədər əziz dostlar. Hesab edirəm .net texnalogiyaları dünyasına ilk addım atanlar üçün zənnimcə köməklik göstərəcək dərs. Çünki ilk günlərdə mənimdə çox köməyimə çatdı bu dərs. Asp.net texnalogiyalarının bizə verdiyi daha çox -çox yeniliklər var. Zamanlar daha geniş dərslərimizi sizlərlə paylaşacam. Fikir və iradlarınız mənim üçün xoşdur. Şərh yazmadan səhifəni tərk etməyin...



  Paylaş      



Ramil
23.05.2011 15:37
cox saol Emin mellim))
AzGraf
23.05.2011 10:34
Əslində sayta yönlədirmək burdan doğru deyil ama biz realist bir sayt idarəçiləriyik... www.yazgelistir.com Bu saytdna csharp ilkin nə istəsən tapa bilərsən...
Ramil
23.05.2011 09:02
Sabuhi cox saol. men php ile mesqul olmusam deye basqa prog/dillerindede asana qaciram =) Emin mellim siz yazdighiniz C# ?dilindedir menim ucun c# da ilk addimlar ucun hello world! den baslayaraq hansisa elektron resurs yeri bilirsiz?
AzGraf
19.05.2011 00:19
Səbuhi yaxşı ideyadı. Ama səninki qonşuda al qonşuya qaytar texnikasıdır :) Configdən alıb Sessiona göndərib sonra bütün səhifələrdə sessiondan istifadə etdiyinə birbaşa hər səhifədə veb.config dən götürsə olmazmı ??? Bu arada belə yazılı dərsləri xahişi edirik qeydiyyatdan keçdikdən sonra sol hissədə dərs formasındahazırlıyıb göndərin təsdiyliyək...
Sabuhi Asadullayev
18.05.2011 15:16
Ramil sen bele bir shey ede bilersen web.config faylinda connectionstring yarada bilersen.Sonra ise Ana sehifede o connectionstring - i her hansi bir Session("connectionstring") oxuya bilersen bundan sonra ise butun aspx sehifelerde bundan istifade ede bilersen. Eger lazim olsa men sene mail ile codu gondere bilerem. BIrde ki kimin ASP .NET ile elaqedar suali olsa sabuhi@asadullayev.com mail yazsin men cavablandirim.
AzGraf
18.05.2011 02:30
OdbcConnection db = new OdbcConnection("Driver={MySql ODBC 3.51 Driver}; uid=eminn; pwd=eminn; database=bazam; server=localhost;"); db.Open(); OdbcCommand rs = new OdbcCommand(); rs.Connection = db; rs.CommandText = "select * from tablom"; OdbcDataReader rd; rd = rs.ExecuteReader(); rd.Read(); for (int i = 1; i <= 20; i++) { Response.Write(rd["ad"]+"<br>"); rd.Read(); }
Ramil
17.05.2011 23:06
baxdim amma .lazim olan tapmadim(( mene manual qosulmaq ucun .lazimdir php deki kimi mysql_connect verem mysql_select_db sifremi parolumu .aspx icinde yaza bileceyim kodlar.
Emin Novruzov
17.05.2011 16:15
Saytda bunnla əlaqəli dərs olmalıdır. Asp.net kateqoriyasına bax...
Ramil
17.05.2011 13:31
salam, dostlar mene nece komek ede bilersiniz ASP.NET yeni .aspx sehifemde sql connect vermek uchun C# ile hansi funksyalari yazmaliyam?

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!