|
Salam, kəpənək modelləyib uçurtmaq istəyən varsa yaxın otursun.
Line-ilə başlayaraq Left viewportda Kəpənəyin qanadını çəkin və Modify pəncərəsindən
Extrude seçib Amount 2 ədədini verin.
Yaratdığınız qanadın üzərində Mouse-nin sağ düyməsini sıxıb Clone
Options seçib və açılan pəncərədən İnstance seçib Ok düyməsini
Sıxın və Move ilə
qanadı şəkildəki kimi qırağa daşıyın.
Daha sonra gövdə üçün bir Cylinder çəkin Radius4, Height 60.
Baş üçündə br Sphere çəkin, Radius 5, Segment 32.
Gözlər üçündə 2 ədəd Sphere şəkin. Radius 1.32, Segment 32
Qanadı seçib
Hierarchy panelindən Affect Pivot Only seçin və şəkildə göstərilən kimi X,Y,Z koordinat
oxlarını hər iki qanada da yerləşdirin.
İndi Modify Panelinə qayıdın , və qanadı seçin və
Select and Rotate düyməsi ilə qanadı çevirin. İndi isə Animasiya eləyək. Klaviaturadan
N düyməsini yada AutoKey düyməsini sıxın.
AutoKey-in rəngi qırmız rəngə çevrilir bu o deməkdir ki, AutoKey aktivdir, TimeSlider-ı
10-a gətirin və qanadı açın və 20-ə gətirin və qanadı bağlayın, əgər qanadın tez-tez
açılıb bağlanmagını istəyirsinizsə, TimeSlideri , 10-10 yox, 5-5 sürüşdürün. Şəkildə
göstərildiyi kimi 100-ə qədər bunu eləyin. Və bunu digər qanad üçün də eləyək ama
bu dəfə biz Curve Editor-dan istifadə eləyəcəyik.
Qanadın üzərində sağ düyməni sıxın və Curve Editor-a keçin.
Buradan seçilən qanadın adı qanad2-dir. Qanad2-nin Rotation-a keçin və Y rotation
oxunu uzərində sağ düyməni sıxıb Copy edin.

Daha sonra qanad1-in Y Rotation üzərində sağ düyməni sıxıb Y Rotation-a paste eləyirik.
Və açılan Pəncərədən Heç bir dəyişiklik eləməyib OK düyməsini sıxırıq.

Sonra Qanad1-in X,Y,Z Rotation-unu seçirik və aşağıda şəkildə göstərildiyi kimi
yuxarıdaki nöqtələri seçib aşağıya doğru çəkirik.

Və oxları öz istəyivizə görə aşağı sürüşdürün. Əgər Curve Editor yolu sizə çətinlik
çəksəniz bunu AutoKey ilə də həmçinin eləyə bilərsiniz.
Left Viewport gorunuşundə Klaviaturadan H düyməsini sıxın və ya bunu seçin
.
Açılan Pəncərədən All-Hamısı-nı düyməsini sıxın və Select ilə pəncərəni bağlayın
və Left Vieüport görünüşündə Kəpənəyi biraz qabağa hərəkıt etdirin. Aşağıda şəkildə
göstərilmişdir.
 
Animasiyanı bitirdikdən sonra onu render elemək lazımdır, bunun üçün klaviaturadan
F10 düyməsini sıxın və açılan pəncərədən Time Output yerinə 60, Render Output yerinə
isə Files seçib animasiyanın adını yazın kepenek.avi və Save düyməsini sıxın və
OK düyməsini sıxın. Və Render və ya klaviaturadan F9 düyməsini sıxın. Render-in
sonunda yaddaşa verdiyiniz yerdən avi formatlı videonu açıb izləyə bilərsiniz.
|