|
Salam!!!
Qışın ilk ayını yaşayırıq. Qış kimin üçün pis , kimin üçün isə sevimli fəsildir.
Qışın simvolu dedikdə yadımıza "Yolka" düşür. Bəli, bu gün məhz onu photoshopda
yaradacayıq.
- İlk əvvəl ağ vərəq açırıq və yeni bir Layer yaradırıq.(Ctrl+Shift+N).
Alətlər panelindən Polygone Lasso Tool ilə şəkildə göstərilən fiquru
çəkirik.

2. Həmin fiqurun içərisinə rəng əlavə edirik. Bundan sonra ona Edit – Free Transform
tətbiq edirik. İstədiyimiz əyrilikləri almaq üçün Warp seçirik.
Və bu qaydada əyirik.
 
3. Daha sonra isə həmin alınmış olan fiqura Blending Options ilə
kölgə veririk.
Alınmış nəticəni kopyalayırıq (Ctrl+J) və ardıcıl düzürük.
 
Smoodge Tool ilə 2 tərəfi də bir birinə birləşdiririk.
4. Blending Options menusundan lazım olan effektləri tətbiq edirik.
Demək olar ki, hazırdır . Tam hazırlamaq üçün ona bəzi əlavələr verəcəyik.

5. Başqa bir vərəqdə biz lampanı hazırlayırıq. Və həmin lampanı Yolkamızın üzərinə
düzürəm.

6. İndi isə Brush (Fırça) alətini seçməklə onun bəzi parametrlərini
dəyişirəm. Brush menusunda göstərilən nümunədəki kimi bir fırça
yaradıram.
7. Yaratdığımız fırça ilə müxtəlif rənglərlə Yolkamıza əlavə edirəm.Lazımı dəyişiklikləri
edirəm və işimi yekunlaşdırıram.
 Budur hazırdır!

YENI ILINIZ MÜBARƏK!!!
|