|
Dərsə keçməzdən əvvəl bir fikri nəzərinizə çatdırım.C++ ilə məşğul olmaq istəyənlərə
məsləhətim budur ki, Borland C++ Builder 6.0 proqramından istifadə etsinlər.C++
6.0 var, birdə C++ 2006.C++ 6.0 almağınızı məsləhət görürəm,C++ 2006 versiyasını
mən aldım amma istifadə etmirəm sizə də məsləhət görmürəm.İndi isə keçək dərsə.
Hər bir dildə olduğu kimi,C++- un öz qramatik qaydaları vardır
ki,əgər proqram yazılışı zamanı bu qaydalara əməl edilməzsə kompilyator səhvləri
aşkar edərək işi dayandıracaq.C++ -un əlifbasına aşağıdakılar daxildir:
- Açar sözlərin yazılışı üçün latın əlifbasının kiçik simvollarından digər sözlərin
yazılışında böyük simvollarından da istifadə edilə bilər.(A-Z,a-z)
- Ədədlərin təsviri üçün 0,1,....,9 rəqəmlərindən istifadə edilə bilər.
- Xüsusi işarələrdən : " { } | [ ] ( ) + - / % ; ‘ . ? < = > _ ! # & * ~ ^ , istifadə edilə bilər.
- Görünməyən simvollar aralıq (boşluq), TAB, ↩
Proqramda izahatlar vermək üçün şərhlərdən istifadə edilir. Şərhlər // simvollarından
sonra gələn simvollar ardıcıllığıdır.
Məsələn:
// AzGrafın C++ bölməsi
C++ dilində altı sinif leksem var: sərbəst seçilərək istifadə edilən idenfikatorlar,xidmət
edici açar sözlər,sabitlər,işarə sətri,əməliyyat işarələri və ayırıcılar.İndi isə
dilin leksim elementlərinə ətraflı baxaq.
İdenfikatorlar.
" – " və ya latın hərfi ilə başlayan 31-ə qədər latın hərfləri və ya rəqəmlər ardıcıllığına
idenfikator deyilir.Məsələn:
A_1, BİT, _Bit, _bit
Böyük və kiçik simvolların bir-birindən fərqləndiyinə görə axırıncı 3 idenfikator
müxtəlif obyektlərin adlarıdır.Müxtəlif sözləri bir idenfikatorda birləşdirmək üçün
boşluq simvolu yerinə _(alt xətt) simvolundan istifadə edilə bilər.Məsələn:maksimum
_element.
Açar sözləri.
C++ dili tərəfindən ehtiyata alınmış və proqramçı tərəfindən sərbəst
ad kimi seçilməyən sözlərə açar sözlər deyilir.Açar sözlər
verilənlərin tipini,yaddaş sinfini,modifikatorları,psevdo dəyişənləri və operatorları
təyin edir və onlar aşağıdakılardır.
Char-işarə
Double-sürüşkən nöqtəli həqiqət ikiqat uzunluqlu
Enum-sadalanan ,tam sabitlərin sadalanması
Float-həqiqi sürüşkən nöqtəli
Int-tam
Long-uzun tam
Short- qısa tam
Struct-struktura
Signed-işarəli tam
Union- birləşmə
Unsigned-işarəsiz tam
Void-qiymətin qaytarılmaması
Typedef-tipə uyğun sinonimin təyini
Kvalifikatorlar kompilyatora proqram kodunun optimallanması zamanı obyektlərin xüsusi
emala malik olması informasiyasını verir və onlar aşağıdakılardır:
Const-sabit
Volatilə-proqramçının göstərişi olmadan da obyekt qiymət dəyişə
bilər(əməliyyat sistemi tərəfindən)
Yaddaş siniflərinin təyini üçün:
Auto-avtomatik
Extern-xarici
Register-registrli
Static-statik
Açar sözlərindən istifadə edilir
Operatorların təşkili üçün
Break-dövrədən çıxış
Continue-davam etməli
Do-dövrü yerinə yetirir
For-üçün
Goto-şərtsiz keçid
If-əgər şərtli keçid
Return-funksiyadan qayıdış
Switch-çevirici
While-nə qədər ki(dövr)
Xidmətçi açar sözlərə aşağıdakılar aiddir:
Default-switch operatorunda variant olmadıqda istifadə edilir
Case-switch operatorunda variantı təyin edir
Else-əks halda(if-də)
Sizeof-operatorun uzunluğunu təyin edir.
Modifikatorlar :
Asm,cdecl,_cs,_ds,_es,_export,_loadds,_regparam,_ss,_saveregs,_seg,far,fortran,huge,interrupt,near,pascal.
Qalanları ilə növbəti dərsdə tanış olarıq….
|