|
C dili ABŞ-ın BELL Laboratories firmasının işçisi Denis Ritçi tərəfindən 1972-ci
ildə yaradılmışdır.C struktur proqramlaşdırma dili yüksək səviyyəli alqoritmik dil
kimi və həm də kompilyator,əməliyyat sistemləri yarada bilən dil kimi istifadə ediə
bilər.C dilinin yaranmasına qədər belə öroqramlar aşağı səviyyəli Assembrlərdə və
ya Avtolodlarda yazılırdı.C dilinin ilk sistem proqram məhsulu UNİX əməliyyat sistemidir.C
dili 1983-cü ildə Amerikanın Milli Standart İnstitutu(ANSİ) tərəfindən təstiqlənərək
ANSİ C adını almışdır.Sonralar isə C dilinin əsasında C++ obyekt yönlü proqramlşdırma
dili yaradılmışdır.
İndi isə sizinlə C++ dilində yazılmış proqramların icrası haqqında tanış olaq.
C++ dilində yazılan sadə bir proqram nəzərdən keçirək:Məsələn:"Azərbaycanın
Milli Dərs Bazası" sözünü displeyin ekranında əks etdirən proqram tərtib
edək.
//AzMDB.CPP-proqram aylının adı
#include
void main ()
{
Cout <<"\n Azərbaycanın Milli Dərs Bazası";
}
Proqramın birinci sətri ‘//’ simvolu ilə başlayıb ,görünməyən
"sətrin sonu" simvolu ilə qurtaran birsətirli şərhi göstərir.
Proqramın ikinci sətrində preprosessorun # include
direktivi yerləşir.Direktiv kompulyatora proqram mətninə iostream.h
faylının tərkibinə əlavə etmək məlumatını verir.Bu direktiv verilənlərin
standart axınla daxiledilməsini və xaricedilməsini təmin edir.Gpstərilən vasitələr
iostream.h adlı faylda yerləşir.Burada "i" (input)
–daxiletmə,"o" (output)-xaricetmə,stream-axın,"h"
(head)- başlıq deməkdir.Susmaya görə standart axınlı xaricetmə displeyin
ekranına xaric etməni,standart axınlı daxiletmə isə verilənlərin klaviaturadan daxiledilməsini
təmin edir.
Proqramın növbəti hissələri isə baş funksiyanın təsviridir.Bu baş funksiyanın başlanğıcı
ilə başlayır:
void main ( )
C++ dilində istənilən proqram yalnız bir main adlı baş funksiyadan
təşkil olunur.Proqramın icrası buradan başlayır.void spesifikator
adlanır və main funksiyanın yerinə yetirilməsi nəticəsində heç
bir qiymət qaytarılmadığını göstərir.main-dən sonra mötərizədə
parametrilərin siyahısı da ola bilər.Bu misalda parametrlər lazım deyil və siyahısı
boşdur.
İxtiyari funksiyanın gövdəsi fiqurlu mötərizədə olan təsvir,təyin və operatorlardan
ibarətdir.Hər bir təsvir ,təyin və opertor ";" simvolu ilə qurtarır.Burada baş funksiyanın
gövdəsində təsvir,təyin yoxdur və yalnız informasiyanı displyin ekranına xaric etmək
üçün cout<<"\n Azərbaycanın Milli Dərs Bazası";
operatoru var.İnformasiya xaric olunmaq üçün << əməliyyatı
vasitəsi ilə cout obyektinə ötürülür.Bu halda bu "\n
Azərbaycanın Milli Dərs Bazası"; sətridir.(sətr sabiti).C++
dilində dırnaq işarəsi daxilində olan ixtiyari simvollar ardıcıllığıdır.Bu
simvollar içərisində ekranda təsvir olunmayan idarəedici simvollar da ola bilər.Məsələn,burada
‘\n’ –idarəni ekranın növbəti sətrinin başlanğıcına ötürən idarəedici
simvoldur.Qeyd edim ki,binar əməliyyatlarda << simvollar
cütü sola sürüşdürmədir.
Əminəm ki,sizə C++ dili haqqında ətraflı məlumat verdim.Yaxın zamanlarda yeni dərslərimiz
olacaq.Çünki mən özüm C++ ilə məşğul olmağa başlamışam.
|