|
Bu dərsimizdə biz sizinlə birgə windows əməliyyat sisteminin bəzi sirrləri ilə tanış
olacağıq.Elə isə başlayaq.
1)Мой компьютер (My computer) pəncərəsində Общие документы qovluğunun gizlədilməsi.
Bunun üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit
yazırıq.

Sonra açılmış pəncərədən HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace\DelegateFolders
tapıb DelegateFolders bölümündən {59031a47-3f72-44a7-89c5-5595fe6b30ee} yazılmış
açarı silirik.
Bundan sonra Мой компьютер (My computer) daxil olduqda orada bir daha Общие документы
qovluğunun olmayacağını görəcəksiniz.
2)Desktopda (Рабочий стол) olan səbəti (Корзина) My computer (Мой компьютер) pəncərəsinə
əlavə etmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə
regedit yazırıq.
Sonra açılmış pəncərədən HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace
tapıb qeyd edirik və siçanın (mouse) sağ düyməsi ilə Создать>Раздел seçib {645FF040-5081-101B-9F08-00AA002F954E}
adlı bir açar yaradırıq.

Bundan sonra My computer (Мой компьютер) daxil olduqda səbətin (Корзина) orada olacağını
görəcəyik.

3) Корзина-nın adının dəyişdirilməsi.
Bu əməliyyatı həyata keçirmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq
dialoq pəncərəsinə regedit yazırıq.
HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E} tapırıq.
Və sağ tərəfdə LocalizedString üzərində dəyişikliklər edirik. LocalizedString üzərində
2 dəfə vurub açılacaq yeni dialoq pəncərəsinin daxilində "@%systemRoot%\system32\SHELL32.dll,-8964"
yazılacağını görəcəksiniz.

Bunu pozun.Əvəzinə daxil etmək istədiyiniz yeni adı yazın.Misal üçün mən " Səbət
" yazdım:

Daha sonra Корзина-nın adının dəyişəcəyini görəcəksiniz.Əvvəlki vəziyyətinə qaytarmaq
üçün əvvəlki parametrləri qeyd etmək lazımdır.Yəni həmin dialoq qutusuna "@%systemRoot%\system32\SHELL32.dll,-8964"
yazmaq lazımdır.
4)Əgər kompüterdən bir deyil bir neçə şəxs istifadə edirsə və hərənin özünün şəxsi
istifadəçi adı (Username) vardırsa bu zaman hər bir istifadəçi səbətin ona məxsus
olmasını belə qeyd edə bilər.Yəni açılmış dialoq pəncərəsinə məsələn "Səbətin sahibi-%Username%".Bu
zaman səbətin adı hazırda kompüterdən istifadə edən istiafədəçinin adına müvafiq
olaraq göstəriləcəkdir.Yəni belə məsələn "Səbətin sahibi Emil".
5)Рабочий стол-da (Desktop) kursoru səbətə (Корзина) yaxınlaşdırdıqda belə bir ifadənin
yazıldığını görürük:"Используется для временного сохранения файлов и папок, которые
были удалены".

Əgər siz bu ifadəni özünüzün şəxsi ifadənizlə əvəz etmək istəyirsinizsə onda yenə
də Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq.
HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E} tapırıq.Və sağ tərəfdə
yazılmış İnfoTip üzərində 2 dəfə vururuq:

Yeni bir dialoq qutusu açılacaqdır.Açılmış dialoq qutusuna istədiyimiz ifadəni yazırıq.Məsələn
mən "Pozulmuş fayllar bu səbətə əlavə olunur" yazdım:
Və bu da nəticə:

6) Hər hansı bir faylın, qovluğun və ya diskin qısa yolunu (Ярлык) yaratdıqda həmin
qısa yol (Shortcut) üzərində bir ox işarəsi yaranır:

Həmin ox işarəsini ləğv etmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq
dialoq pəncərəsinə regedit yazırıq.Və HKEY_CLASSES_ROOT\lnkfile daxil oluruq:

Və sağ tərəfdə "İsShortcut" yazılmış parametri klavyaturada "Delete" vurmaqla silirik:

Və daha sonra HKEY_CLASSES_ROOT\piffile daxil oluruq:

Burada da sağ tərəfdə "İsShortcut" yazılmış parametri klavyaturada "Delete" vurmaqla
silirik:

Sonra kompüterimizi Restart edirik. Bundan sonra bir daha Ярлык (Shortcut) üzərində
həmin ox işarəsini görməyəcəyik:
Hələlik bu qədər.Hamıya uğurlar.
|