Мой компьютер (My computer) pəncərəsini açdıqda C diskinin standart piktoqramını
görməkdən artıq bezmisinizsə onu dəyişdirməyin çox asan yolu var. Bu üsulla siz
həmin piktoqramı hər hansı bir hərf, söz və ya düzəltdiyiniz iconla əvəz edə bilərsiniz.
Bu dərsimizdə mən həmin piktoqramı sadəcə "C" hərfi ilə əvəz etməklə kifayətlənəcəyəm.
Bunun üçün bizə ilk növbədə C (C:\) diskinin içərisində AUTORUN.INF və c.ico (32*32
ölçüsündə) adlı fayl yaratmaq lazımdır. Bunları yaratmaq üçün aşağıdakı ardıcılıqları
diqqətlə yerinə yetirin:
1)İlk öncə C diski (C:\) içərisində bir AUTORUN.INF adlı bir fayl yaradaq. Həmin
faylı biz Блокнот (Notepad) mətn redaktoru ilə yaradacağıq. Bunun üçün Блокнот (Notepad)
açılmış pəncərəsinə aşağıdakı əmrləri daxil edirik:
[autorun]
icon=c.ico
Daha sonra Файл (File) menyusuna daxil olaraq Сохранить как (Save as) bölümündən
etdiyimiz dəyişiklikləri AUTORUN.INF adı altında C diskimizin (C:\) içərisində saxlayırıq.
Artıq AUTORUN.INF faylını yaratdıq. İndi isə 32*32 ölçüsündə bir c.ico adlı bir
icon hazırlayaq.
2)c.ico adlı iconu siz Photoshop, Windows-un Paint və digər rəsm redaktorları ilə
vasitəsilə hazırlaya bilərsiniz. Aşağıda gördüyünüz iconu mən Photoshopda hazırlamışam.
Sonra hazırladığımız iconu C diski (C:\) içərisində saxlamalıyıq.
Daha sonra C (C:\) diski içərisinə daxil olub hər 2 yeni hazırladığımız faylı orada
görürük. İndi isə Мой компьютер (My computer) pəncərəsinin içindəykən mausun sağ
düyməsi ilə (və ya klavyaturada F5 ilə) Обновить edirik. C diskinin piktoqramının
dəyişəcəyini görəcəksiniz. Əgər alınmasa onda kompüterinizi yenidən söndürüb yandırmalısınız.
Eyni əməliyyatı D diski üzərində etsəniz eyni nəticəni əldə edəcəksiniz. Əldə etdiyiniz
nəticə sizi qane etməsə əvvəlki vəziyyətinə qaytarmaq üçün yaratdığınız yeni faylları
silib kompüterinizi RESTART etməlisiniz.
Əgər hazırladığınız AUTORUN.INF faylının görünməsini istəmirsinizsə onda həmin faylı
qeyd edib mausun sağ düyməsi ilə Свойства (Properties) daxil olub Атрибуты/Attributes
bölümündən Скрытый/Hidden seçmək lazımdır:

Daha sonra Сервис (Tools)> Свойства папки (Folder Options)> Вид (View) bölümündən
Не показывать скрытые файлы и папки (Do not show hidden files and folders) seçilmiş
olmasına diqqət yetirməyiniz lazımdır.

|