|
Ümumiyyətlə windows əməliyyat sistemindən hər hansı bir proqramı silmək üçün Пуск>Панель
управления>Установка и удаление программ bölməsinə daxil olmaqla həmin proqramı
asanlıqla silə bilərsiniz.Lakin siz səhvən həmin proqramın fayllarını klavyaturada
DELETE düyməsini vurmaqla təmizləmişsinizsə onda həmin proqramın qalıqları REGİSTRY-də,
adı isə Установка и удаление программ bölümündə qalır. Ona görə də həmin proqram
tam silinmir və komputerinizin yaddaşında əlavə yer tutur.Məhz proqramın qalıqlarını
REGİSTRY-dən tamamilə təmizləmək üçün aşağıdakı ardıcıllıqları diqqətlə yerinə yetirin:
1)Пуск (start) menyusundan выполнить (run) əmrini çalışdırın. Açılacaq dialoq qutusuna
regedit daxil edib OK vurun.

2)Sol tərəfdə aşağıdakı şəkildə gördüyünüz kimi bir pəncərə açılacaqdır.

3)Açılmış pəncərədə мой компьютер (my computer) yazısını qeyd edin.Sonra klavyaturada
F3 düyməsini vurun.Aşağıdakı şəkildə gördüyünüz kimi yeni bir dialoq pəncərəsi açılacaqdır.

4)Axtarış hissəsinə proqramınızın adını (Установка и удаление программ bölümündə
yazıldığı kimi) yazın.Sonra proqrama aid tapılacaq bütün obyektləri silin.Kompüterinizi
söndürüb yandırın. Proqramın heç bir izinin qalmadığını görəcəksiniz.
DİQQƏT, DİQQƏT: Bu əməliyyatları həyata keçirərkən başqa sizə məlum olmayan heç
bir şey silməyin. Əks halda əməliyyat sisteminizi zədələyə bilərsiniz.
|