|
Kursorun yanıb sönməsinin qarşısının alınması
Əgər siz Wordpad, Word və bu kimi digər proqramlarda işləyərkən hər hansı bir kəlməni
daxil etdikdə kursorun yanıb sönməsi sizi narahat edirsə və siz kursorun bir daha
yanıb sönməsini istəmirsinizsə onda aşağıdakı ardıcıllıqları diqqətlə yerinə yetirin:
1)Start (пуск) menyusundan run (выполнить) əmrini çalışdırın. Daha sonra açılacaq
dialoq qutusuna REGEDİT yazıb OK vurun.

2)Açılacaq pəncərədə HKEY_CURRENT_USER\Control Panel\Desktop bölməsinə daxil oluruq.
Aşağıdakı şəkildə gördüyünüz kimi bir pəncərə açılacaqdır.Əvvəlcə siçanın (mouse)
sol düyməsini sağ tərəfdə boş bir sahə üzərinə vururuq.

3)Daha sonra həmin pəncərədə sağ tərəfdə CursorBlinkRate tapıb üzərində 2 dəfə vurduqda
bir dialoq pəncərəsi açılacaqdır.Açılmış dialoq pəncərəsinə dəyəri -1 verin.

Komputerinizi söndürüb yandırdıqdan sonra bir daha kursorun yanıb sönməyəcəyini
görəcəksiniz.
4)Əvvəlki vəziyyətinə qaytarmaq üçün -1 dəyərini 530 ilə əvəz edin.

Buyurun fikirlərinizi bildirin.
|