|
Əziz istifadəçilər bildiyiniz kimi komputer aləmində bir çox maraqlı programlar
var.Bunların arasında əyləncəvi olanı, grafik üçün olanı, dizayn üçün olanı hətta
dərs üçün olanı və başqa növdə olanları var.
Bu dərsimizdə istədim ki cəbr dərsinə aid bir program tanıdım.Bu program xaricdə
bəzi universitetlərdə dərs olaraq göstərilir.Program Cəbrsəl bir programdır.Cəbr
dərsində oxuduqlarımızı çox asanlıdqla yerinə yetirir, hətta programlama üçün də
yararlı programdır.Program istifadəsi isə özünə məxsus kodlarladır.
Programımızın adı şəkildə də gördüyünüz kimi Maple`dır.Program çox sadədir.Sadəcə
kodları bilməyiniz kifayət edir.Kodları isə kitablardan və programın özünə məxsus
Help(Kömək) bölməsindən öyrənə bilərsiniz.

Programın necə istifadə olunduğunubir neçə misallarla qısaca tanıtmağa çalışacam.
Programlama bilənlər üçün programın istifadəsi asand olacaqdır. Bildiyimiz toplama,
çıxma, vurma, bölmə , kvadratını alma, kök altına salma, limit , integral, grafik
şəkmək, törəmə və başqlarının özünə məxsus kodları var.
Aşağıdakı rəsimdə gördüyünüz kimi çox sadə olaraq 3 ilə 4 `ü toplamış və nəticəni
7 olaraq göstərmişdir.Bir sonrakı misalda isə sin(30)`u hesablamışdır.Nəticələr
orta hissədə göstərilmişdir. Isolate kodu ilə verilen funksiyadakı
x ləri çölə çıxartmışdır.Bunlardan başqa kvadrat tənlikləri açmaq və ya bağlamaq
da program sayəsində mümkündür(kodları: expand, factorial).

Programlama bilənlər üçün asanlıqlar belə olacaqdır ki məsələn burada da verilən
əmrin sona yetirilməsi üçün ;(nöqtəli vergül) işarəsi qoyulmalıdır.
Program vasitəsilə hətta grafiklər də çəkdirmək mümkündür.Sadəcə əmr vermək lazımdır.Əmr
vermək üçün kodu yazmalıyıq.Onu da bildirmək istəyirəm ki kodlar müəyyən paketlərlə
sıxıştırılmışdır.Məsələn grafik kodu plot`dur.Və plots paketindədir.Rəsimdə
göstərildiyi kimi.

Rəsimdə gördüyünüz kimi plot kodu və limit kodu yazılmışdır.limit koduyla verilən
funksiyanın limiti tapılmışdır.Və plot kodu ilə grafiklər çəkdirilmişdir.

Programın mükəmməl xüsusiyyətlərindən biri isə grafikləri hərəkətli olaraqçəkdirir
və şagirdlərin dərsi daha yaxçı anlamasına kömək edir.
Aşağıdakı şəkildə misal göstərilmişdir.

Kodlar yuxarıdakı kimi girilir və animasiya ekrana çıxır.Hərəkətli olaraq isə aşağıda
izləyə bilərsiniz

Programı əldə etmək istəyənlər admin@anarmix.com
ünvanı ilə əlaqə saxlaya bilərlər.
|