|
Salam.
Bu gün 3D şarını çəkəcəyik. Asan olan bu dərsi sizə təqdim edirəm.
1.Əvvəlcə işimizi ağ vərəqdən başlayırıq. Elliptical Margue
Tool ilə (Shift düyməsini basılı saxlamaqla )çevrə
çəkirik. Yeni Layer açırıq Ctrl+Shift+N və içərisini
Gradient alətilə dolduruq. Gradeint alətini seçib
onun parametrlərini gıstərilən kimi dəyişirik. (rəng istənilən ola bilər).


2.Dairəmizin üzərinə işıq düşür. Bunu necə edirik? Gradient
alətini yenə də seçirik. Bu dəfə parametrlərindən yuxarıdakından fərqli olaraq 2
elementi deyil 1-ci elementi seçirik.Və rəng seçimi edərkən ağdan şəffaflığa doğru
seçirik. Gradient aləti ilə dairəmizin yuxarı hissəsinə həmin rəngləri
tətbiq edirik.
 
3.Edit - Free Transform seçib, həmin işığın formasını veririk.
Və kənar hissələri Blur alətilə yuyuruq.


4. Demək olar ki, effekt hazırdır. İstəyən Filter
menusundan zövqünə uyğun olan effeti tətbiq edə bilər. Mən Plastic
Wrap seçdim.
 
Bu 3D dairəsindən müxtəlif cür istifadə etməklə, müxtəlif əşyalar düzəltmək olar.
Məs. mən bu dairədən Bilyard daşı düzəltməklə işimi sona çatdırdım!


|