Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka buraxdı və Windows
əməliyyat sistemi üçün proqramlaşdırma MsDos əməliyyat sistemi üçün proqramlaşdırmadan
olduqca asan oldu. Buna cavab olaraq Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma
dilinin I versiyasını istehsal etdi və ardıcıl olaraq 1996-cı oldə Delphi 2, 1997-ci
ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5, və 2000-ci ildə Delphi
5.5 hazırlandı. Hal-hazırda-da-Delphi-ən-müasir-proqramlaşdırma-dillərindən-biridir.
Delphi 5.5-i yüklədikdə displeyin ekranında 4 pəncərə açılır. Onlar aşağıdakılardır:
1) Menu (şəkil №1). Bu pəncərəyə əsas pəncərə də deyirlər. İstifadı olunan komponentlər
bu pəncərədə yerləşir.

Şəkil №1
2) Form Designer (şəkil №2). Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını)
göstərir.

Şəkil №2
3) Object Inspector (şəkil №3). Form üzərində yerləşən hər bir elementin xarici
görünüşü və baş verəcək hadisələrə cavab bu pəncərədə müəyyən oluna bilər.

Şəkil №3
Code Editor (səkil №4). Bu pəncərədə isə proqramın mətni yazılır. Code Editor və
Form Designer pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində
edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və tərsinə.

Şəkil №4
Bütün proqramlaşdırma dilləri kimi Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları
vardır. Bu imkanlardan ən əsaslılarından biri də Verilənlər Bazası ilə əlaqədardır
Verilənlər Bazasının yaradılması: Verilənlər Bazası fayllarda
saxlanılan təşkil olumnuş informasiya yığımıdır. Verilənlər Bazası fayllarda mətn,
cədvəl, və başqa şəkillərdə saxlanıla bilər. Əsasən cədvəl şəkilli Verilənlər Bazasından
istifadə olunur.
Son zamanlar bir çox tətbiqi proqramlar yaranmışdır ki, bunlarınvastəsi ilə Verilənlər
Bazası yaratmaq olduqca asandır. Bu proqramlardan Microsoft Access, Microsotf FoxPro,
Btrieve, Paradox-və-s.-adlarını-çəkmək-olar.
Lakin elə proqramlaşdırma dilləri vardır ki, onlar yuxarıda adı çəkilən proqramlardan
istifadə etmədən Verilənlər Bazası yarada bilər. Belə proqramlaşdırma dillərindən
biri də Delphi-dir. Delphi-də Database Desktop adlı proqram vardır ki, bu proqram
vastəsi ilə cədvəl üzərində dəyişiklik etmək, yeni cədvəl yaratmaq, redaktə etmək,
müəyyən olbastı-silmək-və-s.-etmək-olar.
Yeni-cədvəl-yaratmaq-üçün-aşağıdak--ardıcıllıqla-hərəkət-etmək-lazımdır.
File->New->Table
Bu ardıcıllıqdan sonra ekranda yeni pəncərə açılır. Bu pəncərə "Create Table" pəncərəsidir
ki, burada yaradılan cədvəlintipi müəyyən olunur. Cədvəl tipi olaraq Paradox 7,
Visual DBase, DBase For Windows, Paradox 4, FoxPro, ORACLE, SYBASE və s. seçmək
olar və OK düyməsini sıxdıqda yeni pəncərə açılır ki, bu pəncərədə cədvəlin strukturu
qurulur. Bu pəncərənin ümumi görünüşü aşağıdakı kimidir (şəkil №5).

Şəkil №5
Burada Field Name - cədvəlin sütununun adını, Type - cədvəlin sütun elementlərinin
tipini, Size - cədvəlin sütun elementlərinin sayını, Key - sütunun açar rolunu oynayıb-oynamadığını
göstərir.
Bu cədvəli bizə lazım olan qaydada doldurduqdan sonra Save As... düyməsini sıxırıq
və cədvəlin ünvanını güstəririk. Beləliklə cədvəl hazır olur
http://www.delphiturk.com/
http://www.programlama.com/
|