|
Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka buraxdı və Windows
əməliyyat sistemi üçün proqramlaşdırma MsDos əməliyyat sistemi üçün proqramlaşdırmadan
olduqca asan oldu. Buna cavab olaraq Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma
dilinin I versiyasını istehsal etdi və ardıcıl olaraq 1996-cı oldə Delphi 2, 1997-ci
ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5, və 2000-ci ildə Delphi
5.5 hazırlandı. Hal-hazırda da Delphi ən müasir proqramlaşdırma dillərindən biridir.
Delphi-ni yüklədikdə displeyin ekranında 4 pəncərə açılır. Onlar aşağıdakılardır:
1) Menu (şəkil №1). Bu pəncərəyə əsas pəncərə də deyirlər. İstifadı olunan komponentlər
bu pəncərədə yerləşir.

Şəkil №1
2) Form Designer (şəkil №2). Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını)
göstərir.

Şəkil №2
3) Object Inspector (şəkil №3). Form üzərində yerləşən hər bir elementin xarici
görünüşü və baş verəcək hadisələrə cavab bu pəncərədə müəyyən oluna bilər.

Şəkil №3
Code Editor (səkil №4). Bu pəncərədə isə proqramın mətni yazılır. Code Editor və
Form Designer pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində
edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və tərsinə.

Şəkil №4
Bütün proqramlaşdırma dilləri kimi Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları
vardır. Bu imkanlardan ən əsaslılarından biri də Verilənlər Bazası ilə əlaqədardır.
|